Zəncirvari qəza: qadın maşının şüşəsindən yerə düşdü - FOTOLAR

Bakıda zəncirvari yol qəzası baş verib. Musavat.com-un məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb. Yolun təmir gedən hissəsində “Daewoo-Gentra” markalı avtomobil qarşıda hərəkətdə olan “Saipa” markalı maşına arxadan çırpılıb. Zərbə güclü olduğundan “Saipa”nın arxa oturacağındakı sərnişin, 1960-ci il təvəllüdlü Nənəcanova Sürəyya Abbas qızı maşının şüşəsindən yerə düşüb. Onun ayağı təmir gedən ərazidəki boruların arasında qalıb və sınıb. 56 yaşlı qadın başqa bədən xəsarətləri də alıb. O, hadisə yerinə çağırılmış təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Yolda sıxlıq olduğundan arxadan gələn iki avtomobil də bir-birinə dəyib. Həmin avtomobillərdən biri – “Hyundai” markalı maşın Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyevə məxsusdur.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. İlkin ehtimala görə, qəzaya “Daewoo” markalı avtomobilin sürücüsünün sürət həddini aşması və yolda təmir getdiyini nəzərə almaması səbəb olub. Qəzanın səbəblərinin müəyyən edilməsi üçün avtotexniki ekspertiza təyin edilib.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO













