Zəncirvari qəzada 43 maşın toqquşdu – 3 ölü, 6 yaralı - VİDEO - FOTO
Qəzalar
26 Noyabr 2020 12:00
Oxunub 1060

Çində qatı duman səbəbindən qəza hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, zəncirvari qəza nəticəsində 43 avtomobil bir-birilə toqquşub. Qəzadan sonra yaranan yanğında 3 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
Çin mediasının yaydığı məlumata əsasən, ilk olaraq qəzaya 34 ton ağırlığında metanol daşıyan yük maşını səbəb olub.
Yanğınsöndürmə işlərinin bitməsindən sonra 10 avtomobilin tam yararsız vəziyyətdə olduğu bildirilib.
Qəza yerinə 16 yanğınsöndürən maşın və 105 nəfərlik briqada göndərilib. Yolun yenidən hərəkəti iki saat sonra bərpa edilib.
Nərminə Əli
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR
















