Zəncirvari yol qəzasında 5 nəfər yaralanıb - İmişlidə

İmişlidə 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün gecə saatlarında İmişli-Kürdəmir avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Əvvəlcə “QAZ-53” markalı avtomobil yolun kənarında dayanan traktora çırpılıb. Bundan sonra Balakən rayon sakini, 32 yaşlı Kənan Fazil oğlu Lələyev idarə etdiyi TIR-ı saxlaya bilmədiyindən “QAZ-53” markalı avtomobilə çırpılıb. Nəticədə TIR-ın sürücüsü də daxil olmaqla “QAZ-53”ün kuzovunda olan Saatlı rayon sakinləri - 18 yaşlı Cavid Cəfər oğlu Abbasov, 25 yaşlı Zülfüqar Yadigar oğlu Qurbanov, 17 yaşlı Əkbər Valeh oğlu Fətullayev və 17 yaşlı Elşən Mehman oğlu Fətəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq onlara ilk tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Cavid Abbasovun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO










