Zəngilanda DƏHŞƏT: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü

Zəngilan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən "Körpü Bina Tikinti" şirkətinin Horadiz-Ağbənd dəmir yolunun 77-ci kilometrliyindəki tikinti sahəsində baş verib.
Şirkətdə sürücü işləyən Vasif Məmmədov (soyad şərtidir - red.) idarə etdiyi "Hyundai" markalı mikroavtobusla əraziyə fəhlələri gətirib, onları düşürdükdən sonra geri qayıtmaq istəyib. O, avtomobili arxaya hərəkət etdirərkən ehtiyatsızlıq edib.
Nəticədə mikroavtobus ərazidə qaynaqçı işləyən şirkət əməkdaşı Rəfayət Rəhimovun üzərindən keçib. R.Rəhimov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən V.Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmədə zərərçəkmiş şəxsin ailə üzvləri sürücüdən şikayətçi olmadıqlarını bildiriblər.
Məhkəmənin hökmü ilə V.Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun cəzasını şərti hesab edib.
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












