Zərdabda AĞIR QƏZA: Ölən və yaralılar var - YENİLƏNİB

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, oktyabrın 13-ü, saat 15:10-da Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi cinsli) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"1995-ci il və 2011-ci il təvəllüdlü şəxslərə diz nahiyəsinin əziyi, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2011-ci il təvəllüdlü şəxs yaxınlarının istəyi ilə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. 1995-ci il təvəllüdlü şəxsin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə nəticəsində bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunur.
***09:23
Dünən saat 15 radələrində Zərdab-Ucar yolunda ağır qəza baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, yolun Zərdabda yerləşən 51 saylı qəsəbədən keçən hissəsində Nihat Əhmədxan oğlu Əhmədzadənin idarə etdiyi “BMW 320i” ilə Mustafa Məmmədovun sürdüyü “Renault Meqan” markalı avtomobil toqquşub.
Nəticədə M.Məmmədov aldığı xəsarətlərdən Zərdab Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Sərnişinlər - Gündüz Yusif oğlu Novruzov və Məhəmməd Qurban oğlu Nemətli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanıb, istintaq aparılır.
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki piyadanı maşın vurdu - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı












