Zığ şosesində gecə qəzası: sürücülərə vacib xəbərdarlıq - VİDEO

Aprelin 12-si gecə saatlarında Suraxanı rayonu ərazisində, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə sükan arxasında diqqətli olmağın və təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyini bir daha gündəmə gətirib.
Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək bildirib ki, nəqliyyat vasitəsi hər hansı səbəbdən yolun hərəkət hissəsində məcburi dayandıqda mütləq qəza dayanma işıq siqnalı yandırılmalıdır. Bundan əlavə, avtomobilin arxasında ən azı 30 metr məsafədə xüsusi xəbərdaredici nişan yerləşdirilməlidir.
Qurum bir daha xatırladır ki, sürücülər yolda diqqəti yayındıra biləcək vasitələrdən istifadə etməməli, xüsusilə gecə saatlarında daha məsuliyyətli davranmalı və yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər.
Bakıda DƏHŞƏTLİ QƏZA - "Toyota" yandı, ölən və xəsarət alanlar var - VİDEO
Mikroavtobus aşdı; ölən və yaralananlar var
Salyanda qəza oldu - Xəsarət alanlar var
Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəza törətdi
Toydan qayıdan sərxoş kişi avtomobili aşırdı, 11 yaşlı oğlu öldü: Qəbələdəki qəzanın TƏFƏRRÜATI
Ata Abdullayev QƏZAYA DÜŞDÜ – VİDEO
Yolayrıcında qayda pozan sürücü qəzaya səbəb oldu – VİDEO
Bakıda skuterlə qadını vuran şəxs qaçdı, polis axtarışa başladı - VİDEO
Ödənişli yolda qarpız dolu TIR aşdı - FOTOLAR - VİDEO
Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR
İki avtomobil toqquşdu - Ölən və yaralanan var










