Banner

Zolağa baxmadan manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO

Qəzalar 16 Yanvar 2026 18:30
Zolağa baxmadan manevr edən sürücü qəza törətdi    - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində baş vermiş yol qəzası avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Videodan aydın olduğu kimi, görüntünü qeydə alan avtomobildəki sürücü solda hərəkətdə olan “BYD” markalı avtomobilə diqqət etmədən anidən həmin zolağa manevr edir. Nəticədə qəza qaçılmaz olub və hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Bu kimi halların qarşısını almaq üçün sürücülər zolaq dəyişərkən yan və arxaya diqqət etməli, siqnal verməli və yol hərəkəti qaydalarına tam əməl etməlidirlər. Bu, həm qanunla tələb olunur, həm də başqalarının və özlərinin təhlükəsizliyini təmin edir.

Nərmin

 

Oxunub 506
ŞƏRH YAZ
Ad

E-mail

Şərh