500 manatlıq əsginası olanların nəzərinə! - MƏRKƏZİ BANKDAN AÇIQLAMA

Mərkəzi Bank 500 manat nominallı xatirə kağız pul nişanının ödəniş terminalı tərəfindən qəbul edilməməsinə münasibət bildirib. Avtosfer.az .az xəbər verir ki, bu barədə "Baku.ws"in sorğusuna cavab olaraq Mərkəzi Bankın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 500 manat nominallı xatirə kağız pul nişanı Mərkəzi Bank tərəfindən 44 günlük Vətən Müharibəsində müzəffər Ali Baş Komandanın başçılığı altında rəşadətli ordumuzun tarixi Zəfərinin əbədiləşdirilməsi məqsədilə 2021-ci ildə tədavülə buraxılıb.
"Mərkəzi Bank tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanları əlamətdar hadisələrə, tarixi şəxsiyyətlərə, milli mədəni irsin qorunmasına və s. mövzulara həsr olunmaqla əsas xarakteri müvafiq mövzuların əbədiləşdirilməsi, maarifləndirmə, numizmatikanın və bonistikanın inkişafı, eləcə də ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsindən ibarətdir. Bu pul nişanları tədavülə məhdud sayda buraxılır və dövriyyə məqsədi daşımadığı üçün gündəlik tranzaksiyalarda, nağd pul ödənişlərində geniş istifadə üçün nəzərdə tutulmur".

AMB-nin məlumatına görə, bu səbəbdən ölkə ərazisində istismar olunan nağd pul terminallarında (cash-in terminalı) yubiley və xatirə pul nişanlarının qəbulu və tanınması həyata keçirilmir. Belə terminallarda əsasən tədavül pulları qəbul edilir:
"Yubiley və xatirə pul nişanları öz nominal dəyəri ilə ödəniş və mübadilə vasitəsi, eləcə də yığım vasitəsi kimi funksiyaları özündə saxlayır. Bu pul nişanlarına maraq və tələb yüksək olduğu üçün vətəndaşlar öz istəklərinə uyğun olaraq onların təkrar bazarda realizasiyasını həyata keçirə bilər və bununla bağlı hər hansı çətinlik hallarına rast gəlinmir".
"Bununla yanaşı, beynəlxalq təcrübədə yüksək nominallı pul nişanlarının "cash-in" terminallarda qəbul edilməməsi təcrübəsi geniş tətbiq olunur ki, burada əsas məqsəd saxtalaşdırmaya və çirkli pulların yuyulmasına qarşı mübarizə, eləcə də xidmət effektivliyidir", - deyə açıqlamada qeyd olunub.
Gecikdirilən təqaüdlər tələbələrə faizlə qaytarılacaq?
Raket zərbələri zəlzələ ocaqlarını oyadır - SENSASİON AÇIQLAMA
Regionlarda minlərlə ev sənədsiz qalıb: Ciddi problem böyüyür - VİDEO
Bakının ən rahat iş tapılan rayonları - SİYAHI
Bakının mərkəzində yeni təmir olunan yol çökdü: Təhlükə yarandı – FOTO - VİDEO
Bu halda pensiyanız kəsilə bilər – Sürücülük vəsiqəsi ilə əlaqəlidir
Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb? - VİDEO
"Həzi Aslanov" nə vaxt açılacaq? - RƏSMİ
Bakı buxtası ilə bağlı həyəcan siqnalı - Xəzər çəkilir - FOTOLAR
Bakının mərkəzində biabırçı mənzərə - “Qadınlar necə etsin?!” - VİDEO
Bu şəxslərin pensiyası övladına veriləcək










