Abituriyentlərin DİM-in imtahanına telefon keçirməsi nəzarət zəifliyini göstərir? - Ekspert AÇIQLADI

Ötən gün buraxılış imtahanında şagirdlərin mobil telefonla yaxalanması kimi hallar müşahidə olunub. 19 apreldə keçirilən imtahanda 9 nəfərdə mobil telefon aşkar olunduğu üçün imtahandan xaric edilib. Bu cür hadisələr imtahan prosesinin şəffaflığı və ümumi nəzarət mexanizmləri ilə bağlı müxtəlif suallar yaradır. İmtahanlar təhsil sistemində şagirdlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi üçün əsas mərhələlərdən biri olduğu üçün burada baş verən hər hansı qayda pozuntusu ciddi narahatlıq doğurur.
Mövzu yalnız bir neçə şagirdin qaydanı pozması ilə məhdudlaşmır, həm də ümumi nəzarət sistemi, imtahanların təşkili və məsuliyyət bölgüsü kimi məsələləri gündəmə gətirir. Bəs görəsən, şagirdlər imtahana necə mobil telefon keçirə bilirlər və bu hallar nəzarət mexanizminin zəifliyindən xəbər verirmi?
Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, hər il abituriyentlərin bir qismi belə yollara əl atır:

“Yenə də abituriyentlər eyni şəkildə telefon və ya digər elektron cihazları imtahana keçirməyə cəhd göstərirlər. Hesab edirəm ki, bu istiqamətdə Dövlət İmtahan Mərkəzi müəyyən qədər səy göstərsə də, yoxlama prosesində istər-istəməz müəyyən boşluqlar və xətalar ola bilir. Bu, dünyanın hər yerində müşahidə olunan haldır, bizdə də eyni şəkildə baş verə bilər. Burada cəmiyyət də bunu anlamalıdır ki, hər hansı elektron cihaz aşkar olunarsa, bu, birbaşa qəbul prosesinə mənfi təsir göstərəcək və həmin şəxs imtahandan kənarlaşdırılacaq. Təəssüf ki, bunu nəzərə almayan bəzi abituriyentlər yenə də belə addım atmağa çalışırlar. Bəlkə də keçirənlər də var, müşahidə olunmayanlar da var, yaxud tutulmayanlar da var. Bu kimi mənfi hallara qətiyyən yol verilməməli, bu cür davranışlardan uzaq durulmalıdır. Dövlət İmtahan Mərkəzi müəyyən qədər nəzarət sistemini həyata keçirir və buna müvəffəq də olur. Çünki bəzi şəxslər aşkar edilir. Amma reallıq budur ki, bu cür hallar dünyanın hər yerində müşahidə olunur. Bu, nəzarət sisteminin zəifləməsi demək deyil. Nə qədər məhdudiyyət tətbiq olunsa da, qəbul prosesindən kənarlaşdırılma riski olsa da, bəzi abituriyentlər düşünür ki, onsuz da qəbul olmasam nəticəm sıfır olacaq, bəlkə telefon keçirib nəsə əldə edə bildim. Təəssüf ki, belə düşüncə tərzi də mövcuddur”.
Nurcan Babək
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










