ADY ilə Ağdama get, azad olunmuş ərazilərə 7 günlük icazə əldə et! - VİDEO
Sosial
5 Fevral 2026 15:53

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilə Ağdama səfər bileti işğaldan azad olunmuş ərazilərə 7 günlük giriş icazəsini təmin edir.
ADY-dən Avtosfer.az-a verilən məlumata görə, bilet rəsmiləşdirilən zaman DİN-in elektron portalından sözügedən icazə avtomatik əldə edilir.
"Doğma Qarabağın kəşfinə qatarla çıxmaq – Ağdamdan adlayıb Şuşaya, Xankəndiyə, Xocalıya, Xocavəndə, Ağdərəyə və digər azad olunmuş ərazilərə keçmək artıq daha rahatdır", - məlumatda qeyd edilir.
Məlumata görə, sərnişinlər səfər günündən bir həftə sonra, yəni növbəti şənbə günü Ağdamdan Bakıya qatarla rahat qayıda bilər.
Qeyd edək ki, biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək olar.
Oxunub 380
DİGƏR XƏBƏRLƏR
13 Fevral 2026 15:41
Sosial şəbəkələrdə “arıqladıcı şokolad” satışa çıxarılıb; xəstəlik mənbəyidir – QİDA EKSPERTİ
13 Fevral 2026 14:11
Ticarətdə nağd ödəniş vergidən yayınma fürsəti yaradır – NATİQ CƏFƏRLİ
13 Fevral 2026 13:48
Nəqliyyat yükünün bir-iki küçəyə yönəlməsi Bakıda tıxacları artırır – EKSPERT
12 Fevral 2026 21:54
Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA - VİDEO
12 Fevral 2026 19:57
Azərbaycanda qaz istehlakı azalıb; bu yaxşıdır, yoxsa pis? – Ekspert AÇIQLADI
12 Fevral 2026 19:30
"Kupça" almaq istəyənlərə ŞAD XƏBƏR - 15 günə veriləcək
12 Fevral 2026 15:11
Ağsaqqal və ağbirçək anlayışları cəmiyyət üçün sosial şəbəkə kontentinə çevrilir - SOSİOLOQ
12 Fevral 2026 12:48
İş dəftərləri artıq müasir təhsilə uyğun deyil - EKSPERT
11 Fevral 2026 21:18
Avtobuslar dağılır, şəxsi maşınlar təhlükə yaradır... - Sabunçunun qorxunc yolları - VİDEO
10 Fevral 2026 15:23
Çörək bahalaşdı - 1 manat 10 qəpik - FOTO
10 Fevral 2026 10:36
Bu şəxslərin pensiyası 632 manata ÇATACAQ
9 Fevral 2026 20:51
Kimlərin maaşları artacaq? - Millət vəkili
ŞƏRH YAZ










