Aeroportda taksi dəyişikliyindən sonrakı vəziyyət - VİDEO

Heydər Əliyev Beynəlxalq Aeroportunda bir aydan çoxdur davam edən taksi problemi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə aeroport ərazisində kütləvi şəkildə taksi axtaran, dəqiqələrlə gözləyən müştərilərin videoları da yayılıb.
Avtosfer.az-ın məlumatına görə, İTV-yə danışan sürücülərin sözlərinə görə, hava limanının ərazisinə daxil olduqları an tətbiqlər üzərindən sifariş almaq imkanı itir. Sistemdə ya texniki xəta baş verir, ya da tətbiq, ümumiyyətlə, fəaliyyət göstərmir.
Onlar qeyd edir ki, hava limanında yalnız seçilmiş şirkətə aid olan taksi xidməti vasitəsilə müştərilərin daşınmasına icazə verilir. Bu isə onların qazancına mənfi təsir göstərir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri və onların sürücüləri üçün qanunvericilikdə xüsusi tələblər müəyyən edilib:“Taksi operatorları ilə qurulmuş xüsusi əməkdaşlıq nəticəsində bu tələblərin tam tətbiq olunması istiqamətində məqsədyönlü işlər davam etdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər artıq müsbət nəticəsini göstərməkdədir. Bu çərçivədə Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində sərnişinlərə nümunəvi xidmətin təmin olunması məqsədilə qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl edilməsinin vacibliyi taksi operatorlarının diqqətinə bir daha çatdırılıb. Qeyd olunan taksi şirkətləri məsuliyyətlərini qəbul edərək AYNA ilə birlikdə bu istiqamətdə əlavə tədbirlərin icrasına başlayıb”.
Daha ətraflı videomatrealda:
Dolların "şah dövrü" bitdi - Devalvasiya qorxusu arxada qalır?
Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
Kommunal xərcləri bu yollarla azalda bilərsiniz
Bakıda minlərlə ev söküləcək: Böyük parklar salınacaq - VİDEO
İctimai nəqliyyatda yuxuya getmək nə dərəcədə zərərlidir? - Mütəxəssisdən açıqlama
Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? - XƏBƏRDARLIQ
“Bahar gəlir, yoxsa qış geri qayıdır?” - İQLİMŞÜNASDAN MARAQLI CAVAB
Adnan Əhmədzadənin marketində fırıldaq; görün vətəndaşı necə aldatdılar – FOTO
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Endirim adı altında yayılan hansı linklər təhlükəlidir? - İKT mütəxəssisi AÇIQLADI
Azərbaycanda yeni cərimələr qəbul edildi - 550 manatdan 2500 manatadək










