Banner

Ağdərənin dörd kəndinə daha 63 ailə yola salındı

Sosial 23 Fevral 2026 11:56
Ağdərənin dörd kəndinə daha 63 ailə yola salındı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağdərə rayonunun Aşağı Oratağ, Çıldıran, Çapar və Heyvalı kəndlərinə ümumilikdə daha 63 ailə yola salınıb.

Avtosfer.az "Report"a istinadla xəbər verir ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Aşağı Oratağa 29 (141 nəfər), Çıldırana 10 (46 nəfər), Çapara 7 (22 nəfər) və Heyvalıya 17 ailə (84 nəfər) köçürülüb.

Qeyd edək ki, bu köç də daxil olmaqla Ağdərə rayonunun 9 kəndinə 787 ailənin (3 min 11 nəfər) daimi qayıdışı təmin edilib.

Oxunub : 80
ŞƏRH YAZ
Ad

E-mail

Şərh