Aidiyyəti qurumların diqqət göstərmədiyi 3 km-lik yol – “Hamı köçüb gedir” - VİDEO

Oğuz rayonunun Ərmənət kəndinə gedən yol yararsız vəziyyətdədir.
Avtosfer.az-ın məlumatına görə, sakinlərin Baku TV-yə sözlərinə görə, kəndə aparan təxminən 3 kilometrlik yol uzun illərdir asfalt üzünə həsrət qalıb.
Xalxal kəndinə və Qaraməryəm-İsmayıllı-Şəki magistralına yeganə çıxış olan bu yolun bərbad vəziyyətdə olması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır.
Sakinlərdən biri bildirib ki, yolun vəziyyəti səbəbindən nə taksi, nə də qonaqlar rahat şəkildə gələ bilir:
"Bir neçə gün əvvəl qonaqlarım gəlmişdi, dedilər, az qalmışdı ki, yarı yoldan geri qayıdaq. Bu vəziyyətdə kənddə adam da qalmır, hamı köçüb gedir".
"Yollarımız çox pis gündədir. Bu yollara hətta eşşək arabası belə yaramır. Üçkilometrlik yol elə də böyük məsafə deyil, amma aidiyyəti qurumlar bizə diqqət göstərmir", - başqa bir sakin vurğulayıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Oğuz rayonunun Ərmənət kəndinə gedən yolun ümumi uzunluğu 2.8 kilometrdir. Qurumun açıqlamasına görə, yolun 2 kilometrlik hissəsi Agentliyin, qalan 800 metrlik hissəsi isə bələdiyyənin balansındadır.
"Həmin yolun yenidən qurulması nəzərdə tutulur. Bununla bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Hazırda maliyyə vəsaitinin ayrılması gözlənilir. Vəsait ayrılan kimi yolda yenidənqurma işləri həyata keçiriləcək", - məlumatda qeyd olunub.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












