Asfalt üzünə həsrət qalan yollar, dizə çıxan palçıq – Sakinlərdən şikayət - VİDEO

Asfalt üzünə həsrət qalan yollar, dizə çıxan palçıq. Söhbət Cəlilabad rayonunun təxminən 10 min sakini olan Maşlıq kəndindən gedir. Avtosfer.az xəbər verir ki, Maşlıq sakini Nizami Alışanov Baku TV-nin qaynar xəttinə şikayət edərək bildirib ki, həm evinə gedən yolun, həm də ümumiyyətlə kəndin yollarının bərbad vəziyyəti ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem həllini tapmayıb.
"Yolumuz illərdir bu gündədir. Dəfələrlə maşın yolda sönüb qalıb. Vəziyyət bərbaddır", - deyə sakin narazılığını ifadə edib.
Məsələ ilə bağlı bələdiyyə sədri Amalya Əmənova bildirib ki, Nizami Alışanovun evinə gedən yol şəxsən onun tərəfindən yerində baxış zamanı qiymətləndirilib:
"Həmin yol həqiqətən də çox bərbad vəziyyətdə idi. Nəqliyyat keçə, uşaqlar məktəbə gedə bilmirdi. Biz ora qreyder saldıq düzəltdik, sonra isə daş-çınqıl materialları tökərək yolu təmir etdirdik. Lakin müraciət ünvanlayan şəxs öz yolunu deyil, başqa bir yolu göstərərək onun təmirini tələb edir".
Onun sözlərinə görə, Maşlıq kəndində kənddaxili yolların böyük əksəriyyəti hələ də torpaq vəziyyətindədir və onların bir çoxunun ümumiyyətlə təməli olmayıb:
"Bələdiyyənin maliyyə imkanları əsasən əhalidən toplanan torpaq və əmlak vergiləri, eləcə də rüsum və icarə haqları hesabına formalaşır. Əhali vergiləri vaxtında ödədiyi təqdirdə, həmin vəsait hesabına yolların təmirinə hazırıq".
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq ... - VİDEO
Kirayə müqaviləsi olmayanları nə gözləyir? - VİDEO
Ödənilən cərimələri geri almaq mümkün olacaq - Vətəndaşların nəzərinə - VİDEO
Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?
Hansı avtobuslarda gedişhaqqı qalxıb? - RƏSMİ
Bunu edən şəxslər 5 min manat cərimələnəcək – Qanun qüvvəyə minir
“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA
Qadınlar daha yaxşı sürücüdür, yoxsa kişilər? - Elm son sözü dedi
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür










