Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı: Qurumlar hərəkətə keçdi - VİDEO

Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb. Avtosfer.az xəbər verir ki, kadrlar bu gün səhər saatlarında Ziya Bünyadov prospektində qeydə alınıb. Koroğlu Mübadilə Mərkəzindən çıxan avtobus dairədən dönmək əvəzinə, birbaşa rezin dirəklərin üzərindən keçərək prospektə çıxır. Hərəkət istiqamətini dəyişmədən, düz xəttin tələbini pozaraq körpü üzərinə daxil olur. Sərnişinlər sürücünün bu hərəkətini məsuliyyətsizlik kimi dəyərləndirirlər.
Sözügedən görüntülərlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, videogörüntü ilə bağlı araşdırma aparılaraq sürücü müəyyən ediləcək və barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək. Bir daha ümumi istifadədə olan nəqliyyat vasitələri sürücülərindən xahiş edilir ki, özlərini və xidmət göstərdikləri sərnişinləri bu cür təhlükəyə atmaqdan çəkinsinlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin daşıyıcı müəyyən ediləcək və ona qayda pozan sürücü barədə ölçü götürməklə bağlı tapşırıq veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Kəlbəcərdə nəhəng ilan aşkarlandı - VİDEO
Hirkan Milli Parkında xoşagəlməz görüntülər - VİDEO
Binəqədidə sakinlərin canını boğaza yığan yollar - VİDEO
Başçısız qalan icra hakimiyyətləri - SİYAHI
“Uşaqlar məktəbə 2 saat gec getsin” - Çevik rejimdə bu mümkündürmü?
Kommunal ödənişlərdən kimlər azad oluna bilər? - VACİB AÇIQLAMA
Sabah bu ərazilərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bina sakinlərinin bitməyən dərdləri - Həyət evində bunlar yoxdur
Tıxacların uzunluğu rekord həddə çatdı - Fransada yandırıcı istilər
Bakıda kuryerlərin əsas problemi; sifariş çatdırmalıdırlar, lakin… - VİDEO
Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var - Ekspert açıqladı - VİDEO










