Avtobuslarda "QR-kod"la ödənişlərdə əlavə pul çıxılır? - VİDEO

Avtobuslarda gediş haqqının "QR-kod"la ödənişi zamanı məbləğ seçimi çaşqınlıq yaradır. Qiymətlər marşrut xəttinə görə dəyişdiyi üçün mindikləri avtobusda gedişin qiymətini bilməyən sərnişinlər maddi ziyan və vaxt itkisi ilə üzləşirlər. Avtosfer.az xəbər verir ki, söhbət gediş haqqını "QR-kod" ilə ödəyən sərnişinlərdən gedir. Onların sözlərinə görə, mobil tətbiq vasitəsilə ödəniş etdikləri zaman məbləği yanlış seçdiklərində kartdan pul çıxılır və geri qaytarmaq ya mümkün olmur, ya da çox gec olur. Sürücülər də qeyd olunan məsələnin problem yaratdığını təsdiqləyirlər. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, daşıyıcılara istismarlarında olan marşrut avtobuslarında qiymət tablolarının olmasının vacibliyi vurğulanıb. Tarif dəyişikliyi ilə bağlı qərardan sonra qiymət dəyişikliyi şamil edilən avtobuslarda isə yeni tabloların quraşdırılması ilə bağlı da tapşırıq verilib. Məsələ nəzarətə götürülüb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Xarici pasport almaq istəyənlərə VACİB XƏBƏR
Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər? - QİYMƏTLƏR
Minlərlə insana şad xəbər: bu cərimələr silinə bilər
Yeni qərar minlərlə insanı sevindirəcək: Çoxuşaqlı ailə sayı bu qədər ola bilər
Adını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?
İllərlə istifadə etdiyiniz torpağı özəlləşdirmək mümkündür: Şərtlər nədir? - VİDEO
Avtovağzal Kompleksində bayram konserti təşkil olundu - FOTO - VİDEO
Maaşlar yeni qaydada hesablanacaq — Kimlərə aiddir?
Bakı bir gecədə niyə boşaldı? – Paytaxtı “xilas” etməyin yolları açıqlandı
"Pulunu yedilər, buranı düzəltmədilər" - Yol problemi - VİDEO
Bu məmurların maaşları artırıldı - SİYAHI










