Aylardır problemlə üzləşən sahibkar: "Camaatı aldatmaqla məşğuldurlar" - VİDEO

Cəlilabad rayonunun Üçtəpə kənd sakini, sahibkar Cəlal Əhmədov iddia edir ki, "Azərtoxum" MMC ilə bağladığı müqavilə üzrə ödəniş etdiyi toxumların tam həcmini ala bilməyib. Onun sözlərinə görə, şirkətə 74 600 manat ödəməsinə baxmayaraq, cəmi 32 250 manatlıq toxum təhvil verilib. Sahibkar bildirir ki, qalan 42 350 manatlıq toxum isə hələ də təqdim olunmayıb. "Beş-altı ildir yerkökü əkini ilə məşğulam. Dövlət dəstəyi ilə subsidiyalar almışıq, soyuducu anbarlar tikmişik və fəaliyyətimiz uğurla davam edib. Hər il bazarın tələbatının ödənilməsinə töhfə verirdik. Bu il isə ciddi problemlə üzləşmişik. Müqaviləyə əsasən, toxumlar 45 gün ərzində təhvil verilməli idi. Lakin onlar 60 gündən sonra gətirildi. Bu gecikmə səbəbindən yaz əkinini vaxtında həyata keçirə bilmədik, sahələr boş qaldı və ciddi zərərə düşdük. Hazırda da toxumun yalnız yarısı verilib, qalan hissə təqdim olunmayıb", - deyə şikayətçi bildirib. Avtosfer.az xəbər verir ki, Baku TV-nin çəkilişindən sonra məsələ öz həllini tapıb və tərəflər arasında yaranmış problem aradan qaldırılıb.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












