“Azərbaycan neftinin ucuzlaşması dövlət büdcəsinə mənfi təsir göstərməyəcək" – İLHAM ŞABAN - FOTO

Son günlər dünya bazarında Azərbaycan neftinin qiymətində yenidən eniş müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, bu qlobal iqtisadi gərginliklər və enerji tələbinin azalması fonunda baş versə də, Azərbaycan kimi neft gəlirlərindən asılı ölkələr üçün vəziyyət bir qədər fərqli mənzərə yaradır. Çünki büdcə proqnozları, sosial xərclər və strateji layihələrin bir çoxu məhz “qara qızıl”ın gəlirləri üzərində qurulub.
Əgər bu ucuzlaşma müvəqqəti deyilsə, ilin sonuna doğru dövlət gəlirlərində hansısa düzəlişlərə ehtiyac yaranacaqmı? Neftin bu gözlənilməz qiymət dəyişiklikləri növbəti ilin büdcə planlarına da təsir göstərə bilərmi?

Mövzu ilə bağlı iqtisadçı İlham Şaban Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan neftinin orta qiyməti Maliyyə Nazirliyinin açıqladığı məlumata görə ilin birinci yarısında orta hesabla 73,8 dollar olub:
“İlin ikinci yarısında isə qiymət proqnoz göstəricilərindən aşağı düşüb, lakin bu barədə Maliyyə Nazirliyi hələlik rəsmi açıqlama verməyib.
Üçüncü rübdə Azərbaycan nefti cəmi iki dəfə, yəni iki hərracda 70 dollardan yuxarı qiymətə satılıb. Digər günlərdə isə qiymət 70 dolların altında ticarət edilib. Oktyabr ayının əvvəlindən etibarən “Brent” markalı neftin qiyməti 65 dollar, Azərbaycan neftinin isə 66–67 dollar civarındadır. Bu göstəricilər proqnozlaşdırılan 70 dollardan aşağıdır.
Maliyyə Nazirliyinin oktyabrın 3-də verdiyi açıqlamada isə bildirilib ki, 9 ayın yekunlarına görə dövlət büdcəsində 4,5–4,6 milyard manat həcmində profisit yaranıb. Yəni, xərclənən vəsaitlər gəlirlərdən az olub. Bu da o deməkdir ki, narahatlıq və ya təşviş üçün ciddi əsas yoxdur”.
İqtisadçı qeyd edib ki, ümumilikdə hökumət cari ildə nəzərdə tutulduğundan daha az vəsait xərcləyib:
“Məhz bu qənaət hesabına büdcədə böyük profisit formalaşıb. Bu, hökumətin ehtiyatlı maliyyə siyasəti apardığını göstərir. Belə yanaşma gələcəkdə mümkün risklərin qarşısını almağa yönəlib.
Əsas sosial öhdəliklər maaşların, təqaüdlərin ödənilməsi, sosial obyektlərin tikintisi və Qarabağda aparılan bərpa-quruculuq işləri plan üzrə davam etdirilib. Sadəcə digər xərclər üzrə ixtisarlar edilib.
Gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələr bu ayın sonunda başlayacaq. Həmin vaxt 9 ayın yekunlarına əsasən real neftin orta ixrac qiyməti, eləcə də qazın qiyməti barədə dəqiq məlumat açıqlanacaq. Bunun əsasında 2026-cı il üçün gözləntilər daha aydın olacaq.
Ümumilikdə ilkin proqnozlara görə, 2026-cı ildə dünya bazarında neft və qaz qiymətlərinin cari ildəkindən bir qədər aşağı olacağı gözlənilir. Reallıqda qara qızılın qiymətləri ilə bağlı iqtisadçıların təxminləri müxtəlifdir.
Fidan
"Gediş-gəliş mümkün deyil, batırıq" - Biləcəridə yol problemi - VİDEO
Hamının dilinin əzbəri olan “uşaqlıq travması” əslində nədir? - Psixoloq AÇIQLADI
Tələbələr üçün verilən endirim kartları gənclərin işinə nə qədər yarayır? – Ekspert AÇIQLADI
İnstaqramdakı səhifədən planşet alan şəxs aldadılıb təhdid edildi – ŞİKAYƏT - FOTO
"Nə təcili yardım gəlir, nə taksi" - Asfalt üzünə həsrət qalan kənd - VİDEO
Birləşmiş Krallıqda nə baş verir? Niyə bu ölkə 19 ildə 7 baş nazir dəyişib? – AÇIQLAMA
Metroda xətlərin ayrılması prosesində sərnişinlərə gediş haqqı güzəşti ola bilərmi? - AÇIQLAMA
Uşaqlarda boy artımı niyə ləngiyir? Genetika, yoxsa xəstəlik? - Pediatrdan AÇIQLAMA
Əlilliyi olan şəxslərin əl işləri bu saytda satışa çıxarılacaq – RƏSMİ AÇIQLAMA - VİDEO
Sakinləri çıxılmaz vəziyyətə salan yol – Bu cür yaşayış olmaz - VİDEO
Vətəndaş yaşadığı yerdə su borusunun partlamasından şikayətləndi; qurum hərəkətə keçdi - VİDEO











