Azərbaycanda çörək bahalaşacaq?

Dünya bazarlarında taxılın qiyməti anidən 5 faiz artıb.
Avtosfer.az bildirir ki, bahalaşmanı Globalinfo.az-a şərh edən iqtisadçı ekspert Akif Nəsirli deyib ki, bu artımın əsas səbəblərindən biri Hörmüz boğazı böhranıdır.
Sitat: “Bu durum enerji daşımalarını məhdudlaşdırmaqla yanaşı, gübrə tədarük zəncirlərini də ciddi şəkildə pozub. Bahalaşmaya təsir edən digər amil isə qlobal quraqlıqdır. ABŞ, Avstraliya, Qara dəniz bölgəsi və Avropanın cənubunda əkin sahələrinin məhsuldarlığı aşağı düşüb. Azərbaycan da buğda idxalına güclü şəkildə bağlı olan ölkələr sırasındadır”.
Maraqlıdır, bunun nəticəsində çörək və digər un məmulatları bahalaşa bilərmi? Qıtlıq yaranması mümkündür?
Danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib ki, Hörmüz boğazının bağlanması təkcə enerji daşıyıcılarına və neft qiymətlərinə deyil, həm də qlobal gübrə tədarükünə təsir göstərir:
“Dünyada istehlak olunan gübrənin təxminən 30 faizi bu marşrut üzərindən daşındığı üçün belə bir hal kənd təsərrüfatına mənfi təsir edə bilər. Eyni zamanda, boğazın bağlanması nəqliyyat və logistika sahəsində ciddi çətinliklər yaradır. Bu isə bir sıra ölkələrdə dizel və benzin qiymətlərinin artmasına səbəb olur. Nəticədə ərzaq və xüsusilə taxıl məhsullarının bahalaşması müşahidə olunur. Azərbaycanda buğda idxaldan asılı olsa da, dövlətin strateji ehtiyatları və tənzimləmə mexanizmləri var. Bu səbəbdən qıtlıq ehtimalı yoxdur”.
İqtisadçı bildirib ki, münaqişənin davam etməsi kənd təsərrüfatı sahəsi üçün ciddi risklər yaradır:
“Bunu beynəlxalq maliyyə qurumları və ərzaq təhlükəsizliyi üzrə təşkilatlar da öz proqnozlarında deyirlər. Qeyd edirlər ki, davam edən münaqişə inflyasiyanı sürətləndirir və qiymət artımını gücləndirir. Bu baxımdan, münaqişənin uzanması gələcəkdə də qiymətlərin artmasına və ərzaq istehsalı, eləcə də təminatı sahəsində müəyyən çətinliklərin yaranmasına səbəb ola bilər”.
"Düşünməsin ki, yol həmişə onundur" - Sığorta şirkəti hansı halda ödənişdən imtina edə bilməz? - VİDEO
Bu qızıl mağazalarından alış-veriş etməyin - XƏBƏRDARLIQ
Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA
Bakıda gecələr görünməyən TƏHLÜKƏ: "Sürücülər çalaya düşürlər" - VİDEO
Bakıya yağan yağışlara bağlı - Ekoloqdan REAKSİYA
Pensiyaçıların NƏZƏRİNƏ!
Kəskin istilər gəlir — Ekoloqdan açıqlama
Deputat müjdəni verdi - İşsizlərə şad xəbər
Yeddi illik baxımsızlıq: Sakinlərin yol problemi - VİDEO
Azərbaycanda yay belə keçəcək - TƏHLÜKƏ VAR
Pensiya və sosial müavinətlərdə yeni dəyişikliklər - Nələr olacaq?










