Azərbaycanda dərs müddəti 30 dəqiqəyə endirilə bilər?

Türkiyədə bəzi məktəblərdə dərs müddətinin 40 dəqiqədən 30 dəqiqəyə endirilməsi gündəmə gəlib. Bu dəyişiklik əsasən təhlükəsizlik məsələləri və təmir işləri səbəbindən şagirdlərin yaxınlıqdakı digər məktəblərə köçürülməsi ilə əlaqədar müzakirə olunur.
Azərbaycanda da dərs müddətinin qısaldılması gözlənilirmi? Ümumiyyətlə, texnologiyanın sürətli inkişafı məktəblərdə mövcud təhsil standartlarının dəyişdirilməsini zəruri edirmi?
Avtosfer.az xəbər verir ki, Demokrat.az-a bu barədə açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu, təhlükəsizlik məsələləri, həmçinin məktəblərdə aparılan təmir işlərinin başa çatmaması ilə əlaqədar yaxınlıqda yerləşən məktəblərə köçürülmə ilə bağlıdır.
![]()
Onun sözlərinə görə, bu, ümumilikdə təhsilin, bütövlükdə Türkiyə təhsil modelinin Azərbaycanda tətbiqinə hesablanmayıb:
"Sadəcə, ətrafdakı bir neçə məktəbdə müəyyən problemlərin həlli baxımından belə bir addım atılıb. Düşünmürəm ki, Azərbaycanda da bu məsələ müzakirəyə çıxarılsın. Çünki xatırlayırsınızsa, bir neçə il əvvəl Azərbaycanda tənəffüslərin müddətinin artırılması, dərs saatlarının azaldılması ilə bağlı məsələ gündəmə gəlmişdi. Bu məsələ geniş müzakirə olunduqdan sonra artıq həmin fikir inkişaf etdirilmədi. Nə "Təhsil haqqında" qanunda, nə də Milli Məclisin Elm və təhsil komitəsində bu məsələ müzakirəyə çıxarıldı".
Ekspert əlavə edib ki, bu da onu göstərir ki, belə bir dəyişiklik üçün hazırlıq işlərinə ən azı bir il əvvəl başlanmalı və bununla bağlı layihə üzərində işlənilməlidir:
"Belə çıxır ki, əgər bu məsələ hazırda gündəmdə deyilsə, deməli, onun yaxın vaxtlarda tətbiqi də gözlənilmir".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












