Azərbaycanda qaz istehlakı azalıb; bu yaxşıdır, yoxsa pis? – Ekspert AÇIQLADI

İqtisadçı ekspert İlham Şaban öz sosial şəbəkə hesabında maraqlı fakta toxunub.
Avtosfer.az xəbər verir ki, İlham Şaban “Facebook” hesabında Azərbaycanda ötən il qazdan istifadənin azaldığını qeyd edib. O bu faktın cəmiyyət tərəfindən pis və ya yaxşı hal kimi başa düşülməsində çətinliklər yaratdığını qeyd edib.
Ekspert vurğulayıb ki, SOCAR-ın ictimailəşdirdiyi məlumata görə, Azərbaycanda 2025-ci ildə qazın istehlakı 13,24 milyard kubmetr təşkil edib.
“Ölkədə təbii qaz istehlakı 2024-cü illə müqayisədə 3,1 % azalıb. Bəs niyə qaz istehlakı azalıb?
SOCAR bunu istilik-elektrik stansiyalarında qazdan daha az istifadə ilə izah edib.
Onu qeyd edim ki, əvvəllər Azərbaycanda energetik məqsədlər üçün ildə 5-5,5 mlrd kub metr qaz yandırılırdı. Ölkəmizdə "yaşıl enerji" mənbəli stansiyalardan elektrikin artması ilə (ötən il təqribən 3,67 mlrd kVt/saat) təbii ki, qazdan istilik-elektrik stansiyalarının istifadəsi də azalıb.
Baxın, burda hökmən vacidbir bilək ki, "Azərenerji" ASC nə qədər qaz istehlak edib və 2024-cü illə müqayisədə nə qədər ənənəvi enerji istifadəsində qənaətə nail olub.
Çox təəssüf ki, nə hökumət, nə qaz satan, nə də qaz alan (“Azərenerji” ASC) bu məlumatı ictimailəşdirir. Baxmayaraq ki, "Azərenerji" ASC ölkə daxilində illər boyu ən böyük qaz istehlakçısı statusunda çıxış edir.
Niyə hətta pozitiv xəbəri belə bölüşmürlər, çətinlik çəkirəm izah etməkdə. Amma etsəydilər, bunu eyni zamanda Avropa Komissiyasında, Avropa Parlamentində və sair Qərb qurumlarında bizim "təmiz qaz" ixracı həcmlərinə şəkk-şübhə ilə yanaşanlara tutarlı cavab vermiş olardılar.
Baxaq görək, Azərbaycanda 2025-ci ilin yekunlarına görə "Azəriqaz" İB istehlakçı qrupları üzrə (sənaye, əhali, kommersiya və dövlət qurumları) qazın satışı, yığımı və texniki itkilərinə dair nə zaman məlumat verəcək və ya ümumiyyətlə, planında belə bir məsələ varmı?”
Səfər
Bakıda gecələr görünməyən TƏHLÜKƏ: "Sürücülər çalaya düşürlər" - VİDEO
Bakıya yağan yağışlara bağlı - Ekoloqdan REAKSİYA
Pensiyaçıların NƏZƏRİNƏ!
Kəskin istilər gəlir — Ekoloqdan açıqlama
Deputat müjdəni verdi - İşsizlərə şad xəbər
Yeddi illik baxımsızlıq: Sakinlərin yol problemi - VİDEO
Azərbaycanda yay belə keçəcək - TƏHLÜKƏ VAR
Pensiya və sosial müavinətlərdə yeni dəyişikliklər - Nələr olacaq?
Qonşu ölkədə nəqliyyatın hamilələr üçün pulsuz olması təklif edilir
Saxta satıcılar vətəndaşı aldatdılar: Polis hərəkətə keçdi - VİDEO
Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşib - VİDEO








