Azərbaycanda sürücülük hüququ almaq üçün boy məhdudiyyəti var? - AÇIQLAMA

Rusiya Federasiyasında sentyabr ayından qüvvəyə minən qanuna əsasən, boyu 150 santimetrdən az olan şəxslərə sürücülük vəsiqəsi verilməyəcək.
Bəs, Azərbaycanda sürücülük hüququ almaq üçün boy məhdudiyyəti tətbiq edilməlidirmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a danışan vəkil Ramil Süleymanov bildirib ki, qanunların qəbulu və ya onlara əlavə və düzəlişlərin olunması müəyyən zərurətdən irəli gəlir:

“Əgər Rusiya tərəfindən qəbul edilmiş qanunun səbəbi sırf boyun balaca olması nəticəsində qəzaların və digər hadisələrin qarşısını almaqdırsa, bu, onların statistik məlumatlarına əsaslana bilər. Amma bu, o demək deyil ki, orada qəbul olunan qanun digər qonşu ölkələrdə də tətbiq edilməlidir”.
Vəkilin sözlərinə görə, Azərbaycan qanunvericiliyində sürücülük hüququ almaq üçün boy məhdudiyyəti yoxdur:
“Hətta cırtdan boylu şəxslər də avtomobilin daxili konfiqurasiyası uyğunlaşdırıldığı halda imtahan verib sürücülük vəsiqəsi əldə edə bilirlər. Bu səbəbdən də əlavə dəyişikliklərə ehtiyac yoxdur. Bundan başqa, əgər belə bir məsələ gündəmə gələcəksə, əvvəlcə müvafiq dinləmələr və ictimai müzakirələr aparılmalıdır”.
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT












