“Bahar gəlir, yoxsa qış geri qayıdır?” - İQLİMŞÜNASDAN MARAQLI CAVAB

Yazın müjdəçisi sayılan Su çərşənbəsi adətən havaların tədricən isinməsi, təbiətin oyanmağa başlaması ilə assosiasiya olunsa da, son illərin iqlim müşahidələri göstərir ki, martın əvvəllərində qış xarakterli hava şəraiti hələ də tam geri çəkilmir. Məhz bu səbəbdən bayram ərəfəsində qar yağması ehtimalı hər il ictimai müzakirə mövzusuna çevrilir və vətəndaşlarda “bahar gəlir, yoxsa qış geri qayıdır?” sualını yaradır.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov "Konkret.az"a açıqlamasında bildirib ki, Fevral ayında hava şəraiti olduqca dəyişkən olduğu üçün tez-tez kəskin temperatur dəyişiklikləri ilə müşayiət olunur.
“Statistikaya görə, fevral ayı Azərbaycanda ilin ən soyuq aylarından biridir. Sibir antisiklonunun və ya Arktika hava kütlələrinin ölkə ərazisinə daxil olması ehtimalı yüksək olur. Su çərşənbəsi ərəfəsində bəzən havalar qəfil isinir, lakin bu “aldadıcı” istilər çox vaxt güclü şimal küləyi və qar gətirən soyuq atmosfer cəbhəsi ilə əvəzlənə bilir. Xalq arasında buna bəzən “qarı nənənin çilləsi” və ya yazqabağı soyuqlar da deyilir”.
Ekspert sonda əlavə etdi ki, dəqiq proqnoz üçün 5-7 günlük meteoroloji məlumatlar ən etibarlısıdır. Çünki atmosfer kütlələrinin hərəkəti bir neçə gün ərzində istiqamətini dəyişə bilər.
Əhalinin sosial vəziyyəti necə dəyişir? - Yaşayış xərcləri bu cür artır...
Autizmli uşağın doğulmasında hamiləlik zamanı ananın çips yeməsi də səbəb ola bilər - PSİXOLOQ
Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə
Fitrə zəkatı nə vaxt və nə qədər verilməlidir? - VACİB AÇIQLAMA
İnsanlar niyə geyim və əşyalarda bir-birilə prinsip aparır? – Psixoloq səbəbləri AÇIQLADI
Bakının bu rayonlarında kirayə evlərin qiyməti artdı
Gənclər arasında işsizlik: Ali təhsili olanların iş tapa bilməməsinin səbəbləri nələrdir?
Bayram tətilindən necə səmərəli istifadə etmək olar? - MƏSLƏHƏT
Yeriyərkən siqaret çəkməyin təhlükəli tərəfləri
Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir?
Bayram öncəsi bazarlarda qiymətlər necədir? - VİDEO










