Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq

2027-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan Akademik Həsən Əliyev küçəsindən "Koroğlu" metro stansiyasına qədər uzanacaq avtomobil yolunda son dövrlərdə tikinti prosesinin zəiflədiyi müşahidə edilir. Avtosfer.az Milli.az-a istinadən xəbər verir ki, layihənin icrasına 2025-ci ildə start verilib və bu çərçivədə yolun keçəcəyi ərazidə yerləşən bir sıra tikililər, o cümlədən Keşlə bazarı sökülüb. Bununla belə, son aylarda ərazidə tikinti texnikasının və işçilərin görünməməsi işlərin dayandırıldığı ilə bağlı suallar yaradıb.
Tikintidə iştirak edən şirkətlərdən birinin nümayəndəsi bildirib ki, onların məsul olduğu hissədə işlər fasiləsiz davam edir. O qeyd edib ki, hazırda fəaliyyət görünməyən sahələrdə işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında aparılır.
Məsələ ilə bağlı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, layihə üzrə işlər mərhələlərlə həyata keçirilir. Onun sözlərinə görə, hazırda əsas işlər Rövşən Əliyev və Ələsgər Qayıbov küçələrindən Fətəli xan Xoyski küçəsi istiqamətində aparılır və digər hissələrdə də işlərin təsdiqlənmiş qrafikə uyğun davam etdirilməsi nəzərdə tutulur. Bu yanaşma nəqliyyatın hərəkətinin təmin olunmasına və sürücülər üçün yarana biləcək çətinliklərin minimuma endirilməsinə hesablanıb.
Məlumata görə, yeni magistral yolun uzunluğu təxminən 3,9 kilometr olacaq. Yol 6 hərəkət zolağından ibarət nəzərdə tutulur. Layihə çərçivəsində həmçinin 4 tunel və 3 yeraltı piyada keçidinin inşası planlaşdırılıb.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












