Bakıda orta məktəbdə şagirdlər zorakılığa məruz qalırlar? - İDDİA - VİDEO

Bakı şəhəri 292 saylı tam orta məktəbdə şagirdlərin fiziki və psixoloji zorakılığa məruz qaldığı iddia olunub. Məktəblilərin bildirdiyinə görə, bu halları təkcə müəllimlər deyil, direktor müavini də törədib.
"Ağzımda konfet var idi. İdman müəllimi məni küncə qoydu, ağzımı sıxdı, nəticədə, dişim əzildi", - şagirdlərdən biri deyib.
Valideynlərdən biri isə bildirib ki, uşaqlar direktor müavininin zorakılığına məruz qalıb və o, dəfələrlə şagirdləri onun əlindən alıb:
"Birinin saçını çəkir, digərinə qarşı ağır ifadələr işlədir. Mənim övladım idmançıdır, saçını qısa saxlayır. Sinifdə hamının yanında ona "sən qızsan, bu nə saç kəsimidir?" deyib. Uşağıma qarşı "heyvan" ifadəsi işlədilib. İdman müəllimi isə şagirdlərə kəmərlə fiziki şiddət göstərib".
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 292 saylı tam orta ümumtəhsil məktəbində şagirdə qarşı təzyiq göstərilməsi ilə bağlı irəli sürülən iddialar araşdırılacaq.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq ... - VİDEO
Kirayə müqaviləsi olmayanları nə gözləyir? - VİDEO
Ödənilən cərimələri geri almaq mümkün olacaq - Vətəndaşların nəzərinə - VİDEO
Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?
Hansı avtobuslarda gedişhaqqı qalxıb? - RƏSMİ
Bunu edən şəxslər 5 min manat cərimələnəcək – Qanun qüvvəyə minir
“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA
Qadınlar daha yaxşı sürücüdür, yoxsa kişilər? - Elm son sözü dedi
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür










