Bakıda qəbiristanlıqlarda "əl yandıran" QİYMƏTLƏR

"Qəbiristanlıqlara aid yerlərin qiyməti ərazinin torpaq dəyərinə uyğun müəyyən olunur. Konkret hər hansı bir standart tarif yoxdur və dövlət tərəfindən xüsusi qiymət təyin edilmir".
Avtosfer.az xəbər verir ki, bu sözləri “Baku.ws”ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
AQC sədri əlavə edib ki, bu məsələdə biznes yanaşmasını kənara qoyub, qiymətlərin endirilməsi və yerlərin dövlət hesabına təyini daha məqsədəuyğun olardı:
"Çünki şəhərin mərkəzində yerləşən qəbiristanlıqlarda bir qəbir üçün qiymətlər 10 000 manatdan başlayır. Bu yalnız imkanlı şəxslərin və tanınmış insanların həmin yerlərdə dəfn olunmasına imkan yaradır. Məsələn, "Qurd Qapısı" qəbiristanlığında yalnız göstərişə əsasən dəfnlər həyata keçirilir və ödəniş nəzərdə tutulmur.
Əsasən, şəhər kənarında yerləşən qəbiristanlıqlarda isə bir qəbir üçün qiymət təxminən 2 000 manat təşkil edir ki, bu da əhalinin böyük hissəsi üçün yüksək məbləğdir. Hesablama aparsaq, qəbir üçün sahə təqribən üç kvadrat metrdir və bu, torpaq sahəsinin qiymətindən xeyli yüksəkdir. Bu baxımdan, burada müəyyən tənzimləmə işləri aparılmalıdır. Hazırda ödənişlərin hansı qurumun büdcəsinə yönəldiyi açıq deyil. Ödənişlər çox vaxt nağd şəkildə aparılır və bir sıra şəxslərin idarə etdiyi büdcələrdən qəbiristanlıqların abadlaşdırılması üçün istifadə olunur.
Düşünürəm ki, dövlət qurumlarının bu prosesə daha aktiv cəlb edilməsi və yerlərin rəsmi müraciətlər əsasında təyin olunması daha məqsədəuyğundur. Beynəlxalq təcrübədə belə hallarda dövlət idarələri ön plana çıxır və qiymətlər sosial ədalət prinsiplərinə uyğun müəyyən edilir.
Qiymətlərin formalaşması formal xarakter daşımalıdır. Torpaq sahəsinin qiymətinə və ya digər subyektiv meyarlara görə deyil, hər kəsin ödəyə biləcəyi səviyyədə müəyyən olunmalıdır. Bu yolla qəbiristanlıqlar sosial təbəqələrə görə formalaşmaz və həm dini, həm də qanuni prinsiplərə uyğun idarəetmə təmin edilə bilər".
Bakıdakı pilləkənlər nə qədər rahatdır? - AÇIQLAMA - FOTOLAR
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
Restoranlarda təkrar istifadə olunan yağın sağlamlıq üçün riskləri nələrdir? – Ekspert AÇIQLADI
Psixoloqların seans qiymətləri niyə yüksəkdir? - Ekspertlər AÇIQLADI
"17 il onun yolunu gözləmişəm..." - Anası şəhid Pəncəli Teymurovun son fotosundan danışdı - FOTO
Azərbaycanda bu şəxslərin maaşı artırılır
Neftin qiyməti ilə bağlı XƏBƏRDARLIQ - 215 dollara ...
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - AÇIQLAMA - VİDEO
Otuz mindən çox insanın əziyyət çəkdiyi yol - Müraciətə baxan yoxdur - VİDEO
Mərkəzi Bankın yeni qaydaları: Kredit kartı almaq çətinləşir
Televizordan 20 dəfə çox enerji sərf edir - Bu iki cihaz sayğacı "uçurdur"










