Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər təhlükədə - VİDEO

Bakıda keçidin bağlanması ətraf ərazidə yaşayan sakinlərə ciddi çətinlik yaradıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Binəqədi rayonu, Abay Kunanbayev küçəsindəki yeraltı keçiddən gedir. "Çinarlı Park" yaşayış kompleksi ilə Abay Kunanbayev küçələrinin kəsişməsində aparılan tikinti və layihələndirmə işlərinə görə keçiddən istifadə müvəqqəti olaraq dayandırılıb. Sakinlər bildirirlər ki, keçiddən ötən il noyabrın 27-dən istifadə edə bilmirlər və nə vaxt açılacağı hələlik məlum deyil. Ərazidə əsas yola, avtobus dayanacağına və metroya getmək üçün nəzərdə tutulmuş yol isə təhlükəli vəziyyətdədir. Sakinlərin fikrincə, tikinti işləri başa çatanadək piyada keçidinin müvəqqəti istifadəyə verilməsi, təhlükəsizlik normalarına uyğunlaşdırılmış müvəqqəti piyada keçidi yaradılması və ya avtobusların bu ünvandan keçməsi daha məqsədəuyğun olardı. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ərazi yeni piyada tuneli və avtomobil tunelinin inşasına hazırlanır. Layihə çərçivəsində "Çinarlı Park" yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulub və hazırda piyada keçidinin söküntüsü aparılır. İşlərin bu ilin sonunadək tamamlanması planlaşdırılır. Agentlik həmçinin qeyd edib ki, ərazidə alternativ piyada yolu mövcuddur, lakin həmin yolun qaranlıq və şəraitsiz olması məsələsi aidiyyəti qurumlarla müzakirə olunur.
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq ... - VİDEO
Kirayə müqaviləsi olmayanları nə gözləyir? - VİDEO
Ödənilən cərimələri geri almaq mümkün olacaq - Vətəndaşların nəzərinə - VİDEO
Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?
Hansı avtobuslarda gedişhaqqı qalxıb? - RƏSMİ
Bunu edən şəxslər 5 min manat cərimələnəcək – Qanun qüvvəyə minir
“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA
Qadınlar daha yaxşı sürücüdür, yoxsa kişilər? - Elm son sözü dedi
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür










