Bakıdakı bu küçəni su basdı; qurum hərəkətə keçdi - VİDEO

Paytaxtın Hövsan qəsəbəsi 118 nömrəli məktəbin qarşısında yağışdan sonra suların yığılıb qalması sakinlər üçün böyük problemə çevrilib.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda vətəndaşın yolu keçməkdə çətinlik çəkməsi açıq şəkildə görünür. Yağış sularının yollarda uzun müddət qalması nəticəsində ərazidə böyük bir göl əmələ gəlib, sakinlərin normal hərəkət etməsi mümkünsüz hala düşüb. İnsanlar məcbur qalıb su dolu iri gölməçələrin kənarından keçməyə çalışır, bəzi hallarda suyun içindən addımlamaqdan başqa çıxış yolu qalmır. Bundan əlavə, yığılan suyun uzun müddət çəkilməməsi ərazidə antisanitar şərait formalaşdırır. Sakinlər aidiyyəti qurumların məsələyə müdaxilə etməsini, küçədə suyun yığılmasının qarşısını almaq üçün yağış-kanalizasiya sisteminin təcili olaraq yenilənməsini tələb edirlər.
Məsələ ilə bağlı Avtosfer.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Agentliyindən bildirilib ki, həmin yolun kənarında yağış sularının axıdılması üçün hazırda mövcud olan drenaj xətti illər öncə başqa bir qurum tərəfindən çəkilib və axıdılan yağış suları şambo tipli quyuya axır. Rayon Sukanal idarəsinin xidmət sferasına aid olmayan həmin xəttin diametri tələbatdan kiçikdir, bu baxımdan ərazinin yağış sularından tam təmizlənməsi əlavə vaxt alır. Hazırda küçə sulardan xeyli dərəcədə təmizlənib.
Nurcan Babək
Kartınıza pul köçürüb sizi tələyə salırlar - Dələduzların yeni üsulu
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA
Maaş və pensiyalar yenidən artırılacaq? - AÇIQLAMA
Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı MƏLUMAT YAYDI
Lökbatanda zülmətə qərq olan küçə: “Ayağımızın altını görmürük” - FOTOLAR
Taksi sahibləri üçün VACİB XƏBƏR
Yağış bir həftə əvvəl yağıb, Məmmədli qəsəbəsinin yolları hələ də su altındadır - VİDEO
Ev almaq, yoxsa tikdirmək sərfəlidir? - VİDEO
Bankların nağdlaşdırma limitinə kim nəzarət edir? – RƏSMİ AÇIQLAMA
Piyadalar bütün keçidlərdən düzgün istifadə etməyi bacarmır – Aqil Rəhimov










