Bakıdakı bu yolda yaranan çuxur qəzalara səbəb olur - VİDEO

Binəqədi rayonunda yerləşən təhlükəli yol çuxuru uzun müddətdir aradan qaldırılmır.
Avtosfer.az xəbər verir ki, söhbət Rəsulzadə qəsəbəsindən Biləcəri qəsəbəsi istiqamətinə gedən yoldan gedir.
Sürücülərin sözlərinə görə, sözügedən ərazidəki çuxur aylardır ki, düzəldilmir və hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Xüsusilə həmin ərazidən ilk dəfə keçən və vəziyyəti bilməyən sürücülər qəfil manevr etməyə məcbur qalır, bu isə qəza riskini xeyli artırır.
Çuxura düşən avtomobillərin təkərləri, disk və asqı hissələri zədələnə bilər. Bəzi sürücülər qeyd ediblər ki, bu vəziyyət təkcə maddi ziyana deyil, həm də yol hərəkətinin təhlükəsizliyinə birbaşa təsir göstərir.
Ərazidə yaşayan sakinlər bildirirlər ki, problem uzun müddətdir davam edir, dəfələrlə aidiyyəti qurumlara məlumat verilsə də, nəticə yoxdur. Onların sözlərinə görə, yağışlı havalarda çuxur su ilə dolur və daha da görünməz olur ki, bu da vəziyyəti daha təhlükəli edir.
Sürücülər məsul qurumlardan sözügedən yolun təmirini və çuxurun tezliklə aradan qaldırılmasını tələb edirlər. Onların fikrincə, kiçik bir müdaxilə ilə aradan qaldırıla biləcək bu problem vaxtında həll edilmədiyi üçün indi həm təhlükə, həm də narazılıq mənbəyinə çevrilib.
Eltac Zülfüqaroğlu
Altı kəndi birləşdirən yol bərbad vəziyyətdədir; 9 kilometrlik yol illərdir ... - VİDEO
Dolların "şah dövrü" bitdi - Devalvasiya qorxusu arxada qalır?
Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
Kommunal xərcləri bu yollarla azalda bilərsiniz
Bakıda minlərlə ev söküləcək: Böyük parklar salınacaq - VİDEO
İctimai nəqliyyatda yuxuya getmək nə dərəcədə zərərlidir? - Mütəxəssisdən açıqlama
Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? - XƏBƏRDARLIQ
“Bahar gəlir, yoxsa qış geri qayıdır?” - İQLİMŞÜNASDAN MARAQLI CAVAB
Adnan Əhmədzadənin marketində fırıldaq; görün vətəndaşı necə aldatdılar – FOTO
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Endirim adı altında yayılan hansı linklər təhlükəlidir? - İKT mütəxəssisi AÇIQLADI








