“Bakıdakı sıxlığın səbəbi regionların yaxşı inkişaf etməməsidir” – Elməddin Muradlı - VİDEO

Artıq uzun müddətdir ki, şəhərsalma və memarlıq üzrə mütəxəssislər, eləcə də nəqliyyat ekspertləri paytaxtı nəqliyyat yükünün yüngülləşdirilməsi istiqamətində açıqlamalar səsləndirir. Bununla əlaqədar hətta bir çox mütəxəssislər öz təkliflərini dövlət qurumlarına da çatdırıblar.
Avtosfer.az xəbər verir ki, edilən təkliflərə baxmayaraq, bu gün Bakının nəqliyyat infrastrukturundakı gözəçarpan qüsurlar özünü göstərməkdədir. Hətta qurumlar tərəfindən hər gün Bakıdakı tıxacla bağlı eyni küçələrin adının çəkildiyini də müşahidə etmək olar.
Avtosfer.az-ın sosial şəbəkə hesabında canlı yayımda bu mövzulara toxunan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, paytaxtdakı sıxlığın səbəbi regionların inkişaf etməməsidir:

“Regionlardakı işsizlik və müxtəlif sosial problemlər ucbatından insanlar şəhərlərə üz tuturlar. Dünya təcrübəsində görürük ki, bir ölkənin bir neçə mərkəzi olur. Üstəlik həmin mərkəzlərin özünün də bir neçə mərkəzi olur. Deyək ki, Azərbaycanın mərkəzi Bakı şəhəridir. Bəs Bakı şəhərinin mərkəzi? Bakının mərkəzi deyildikdə “Tarqovı” və onun ətrafındakı zona nəzərdə tutulur. Orada da hər gün həyat donur. Niyə? Çünki şəhərə gedək deyəndə, hamının ağlına bircə “Tarqovı” gəlir. Ona görə də bu gün dünyada bir neçə mərkəzli şəhərlər ideologiyası yayılıb. Bu gün niyə Sabunçudan vətəndaş qalxıb gəlməlidir şəhərin mərkəzinə ki, nədi ha nədi bir fincan çay, kofe içəcək. Bu, Sabunçuda da, Xırdalanda da, Abşeronda da olsun. İndi yavaş-yavaş yaranır. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda da açıq şəkildə yazılıb: birmərkəzli şəhərdən bir neçə mərkəzli şəhər sisteminə keçirik. Ona görə də “Ağ Şəhər” bu gün inkişaf edir. Görürsüz, o ərazidən insanlar heç şəhərin mərkəzinə gəlmirlər. Artıq Abşeronda, Xırdalanda görürük ki, müəyyən parklar qurulur. Orada da gecənin bir yarısında eşidirsən ki, ağacları qırdılar, səhər görürsən ki, bir obyekt tikiblər. Belə harınlamış məmurlar hələ də var, parkları satırlar, ağacları kəsirlər və s.”
Elməddin Muradlının həmin videosunu sizə təqdim edirik:
Səfər
"AAYDA"nın vurduğu asfalt müzakirələrə səbəb oldu - VİDEO
Havanın kəskin dəyişməsi ölüm riskini artırırmış - Nə etməli?
Bakıda 1 sot torpaq 2 milyon manat: Ən bahalı ünvanlar
Məcburi köçkün statusunun ləğvi nələri dəyişəcək? – Deputat AÇIQLADI
Magistral yollardakı vəziyyətlə bağlı XƏBƏRDARLIQ
"Üfunətdən, ağcaqanad əlindən evdə oturmaq olmur" - Sakinlərin zibil problemi - VİDEO
Azərbaycanda qadınlar üçün ŞAD XƏBƏR – Pensiya, güzəşt…
Yeni tikiləcək binalar üçün tələblər müəyyənləşdirildi
Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ
"Düşünməsin ki, yol həmişə onundur" - Sığorta şirkəti hansı halda ödənişdən imtina edə bilməz? - VİDEO
Bu qızıl mağazalarından alış-veriş etməyin - XƏBƏRDARLIQ










