"Beş metr məsafəni keçmək üçün üç saat tıxacda qalıram" - Sürücüləri bezdirən yol - VİDEO

Avtosfer.az xəbər verir ki, bir qrup vətəndaş Baku TV-nin qaynar xəttinə müraciət edərək Binəqədi şosesi ərazisində yolun bərbad vəziyyətə düşdüyünü bildirib. Onların sözlərinə görə, ərazidə bir müddət əvvəl kanalizasiya xəttində aparılan təmir-bərpa işlərindən sonra yol əvvəlki vəziyyətinə qaytarılmayıb. Paytaxtda yağan intensiv yağışlardan sonra isə yolda çuxurlar əmələ gəlib. Bildirilir ki, bu vəziyyət nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaradır, avtomobillərin tez-tez zədələnməsinə səbəb olur və ərazidə tıxacların yaranmasına gətirib çıxarır. "Bu vəziyyətdə maşın sürmək olmur, avtomobillərimiz dağılır", "Bu yolu aylarla qazdılar, sürücülər tıxacda qalırdı. İndi də belə vəziyyət yaranıb", - deyə sürücülər narazılıqlarını dilə gətiriblər.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












