Bu ərazilərdə işıq olmayacaq

Sosial 12 May 2026 10:06
Bu ərazilərdə işıq olmayacaq
WhatsApp kanalımıza abunə olun

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq.

Bu barədə Avtosfer.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/6 kV-luq 80 saylı yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 13:00-dan 17:00-dək Sulutəpə, Xocahəsən qəsəbəsinə gedən yolun sağ hissəsi və Ruslan Allahverdiyev küçəsində yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 

 

Oxunub : 136
ŞƏRH YAZ
Ad

E-mail

Şərh