Binalarda ucuz tikinti materialından istifadə yanğın riskini artırır - Memardan XƏBƏRDARLIQ

Son vaxtlar şəhər və rayonlarda yanğınların sayı diqqət çəkəcək dərəcədə artıb. Layihələr, istifadə olunan materiallar və nəzarət mexanizmləri bəzən kifayət qədər effektiv olmur, nəticədə alovun yayılma sürəti artır. Mövcud normativlər və qaydalar formal olaraq yerindədir, lakin onların tətbiqi və real vəziyyətdə işləkliyi bəzi hallarda yetərli olmur.
Yanğınların qarşısını almaq üçün tikintidə hansı sahələrin gücləndirilməsi lazım olduğu hələ də açıq sual olaraq qalır. İstər yeni, istərsə də köhnə binaların yanğın təhlükəsizliyi ilə bağlı ciddi suallar ortaya çıxarır. Maraqlıdır ki, bugünkü yanğınların əsas səbəbi insan səhlənkarlığıdır, yoxsa təhlükəsizlik hesabına ucuz və keyfiyyətsiz materiallarla binaların tikilməsidir?

Məsələ ilə bağlı memar Cahid Həsənov Avtosfer.az-a açıqlamasında deyib ki, burada həm insan səhlənkarlığı, həm də ucuz olsun deyə keyfiyyətsiz materiallardan istifadə etmə məqamları var:
"Hər nə olursa olsun, bunlar yolverilməzdir. Ümumiyyətlə, tikintidə ucuz olsun məsələsi qəbul edilməməlidir. Keyfiyyətsiz hansısa parçadan estetik baxımdan yaxşı görünüş üçün paltar yaxud ayaqqabı tikmək olar. Lakin bu yanaşma tikinti sahəsinə heç cür uyğun gəlmir. Belə hallarda əsas məqsəd qabaqlayıcı tədbirlər görmək və mümkün fəsadların qarşısını almaqdır. Bu səbəbdən mövcud qaydalara riayət olunması, tətbiq olunan standartlar səviyyəsində iş aparılması vacibdir. Standart göstəricilərdən kənara çıxaraq, yalnız ucuz olsun deyə materiallardan istifadə yolverilməzdir. Hətta nəzarət edən qurumların belə gözdənqaçma düşüncəsi olmamalıdır".
Nurcan Babək
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












