Bir qəpiyə satılan yumurta indi 38 qəpik oldu?

Yumurtanın 1-2 qəpiyə satıldığı dövrün ardından son günlər bəzi marketlərdə məhsulun qiymətinin bahalaşdığı ilə bağlı məlumatlar yayılıb. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda “kənd yumurtası” adı ilə satılan məhsulların 36-38 qəpiyə, ağ yumurtaların isə 28 qəpiyə təklif edildiyi görünür. Bu isə istehlakçılar arasında bazarda həqiqətən qiymət artımının baş verib-vermədiyi ilə bağlı suallar yaradıb.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, sosial şəbəkələrdə yumurtanın bahalaşması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir:
“Hazırda bazarda sənaye üsulu ilə istehsal olunan yumurtanın qiymətində artım müşahidə olunmur. Bu gün səhər saatlarında apardığım müşahidələr zamanı “Araz” marketlər şəbəkəsində yumurtanın 13-15 qəpiyə, digər marketlərdə isə 15-17 qəpiyə satıldığını müəyyən etdim. Hazırda ölkədə yumurta istehsalı daxili tələbatı ödəmək üçün kifayət qədərdir. Bundan əlavə, anbarlarda da ehtiyat məhsul var. Bu səbəbdən yaxın dövrdə yumurtanın qiymətinin bahalaşması üçün hər hansı əsas görünmür. Eyni zamanda, yumurtanın maya dəyərinə təsir edən əsas amillərdə də artım qeydə alınmayıb. Xüsusilə, istehsalda mühüm yer tutan yemin qiyməti sabit qalıb. Ümumilikdə isə hazırkı vəziyyətdə yumurtanın qiymətinin artmasına səbəb ola biləcək iqtisadi və ya istehsal amili müşahidə edilmir”. (cebheinfo.az)
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












