Bu dərmanlar bazardan dərhal yığışdırılır - RƏSMİ

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ölkədə dərman vasitələrinin dövriyyəsi, təhlükəsizliyi və keyfiyyətinə nəzarət mexanizmləri ilə bağlı rəsmi açıqlama yayıb.
Mərkəzdən Avtosfer.az-a verilən məlumata görə, "Dərman vasitələri haqqında" Qanuna əsasən, bəzi istisna hallar xaric, dövlət qeydiyyatına alınmayan preparatların idxalı, istehsalı və satışı qəti qadağandır. Yeni bir dərmanın ölkə bazarına daxil olması üçün istehsalçı və ya onun rəsmi nümayəndəsi AEM-ə müraciət etməlidir. Yalnız ciddi laborator sınaqlardan keçən preparatlar Dərman Vasitələrinin Dövlət Reyestrinə daxil edilir və bu siyahı ictimaiyyət üçün tam açıqdır.
Mərkəzin nəzdində fəaliyyət göstərən beynəlxalq standartlı (GLP, ISO) laboratoriya təkcə yeni idxal olunan məhsulları deyil, həm də vətəndaşların müraciətləri əsasında şübhə doğuran bütün dərmanları yoxlayır. Eyni zamanda, apteklərdə, topdansatış mərkəzlərində və özəl xəstəxanalarda mütəmadi olaraq planlı və plandankənar yoxlamalar aparılır.
Bundan əlavə, dərman təhlükəsizliyini təmin etmək məqsədilə son illər tətbiq olunan "Dərman vasitələrinin təqib və izləmə sistemi" "Elektron resept" layihəsi ilə inteqrasiya edilib:
"Bu rəqəmsal nəzarət sistemi sayəsində daxta və qeydiyyatsız dərmanların satışı dərhal bloklanır, preparatların zavoddan aptek rəfinə qədər olan hərəkəti real vaxt rejimində izlənilir və hər hansı bir dərmanda qüsur tapılarsa, onun bazardan operativ geri çağırılması təmin olunur. Həmçinin ölkədə aktiv farmakonəzarət sistemi fəaliyyət göstərir. Əgər hər hansı bir preparatın vətəndaşlarda gözlənilməz əlavə təsiri qeydə alınarsa, həmin dərman təcili olaraq dövriyyədən çıxarılır və bu barədə ictimaiyyətə məlumat verilir".
Analitik Ekspertiza Mərkəzi vətəndaşları özəl tibb müəssisələri və apteklərdə qarşılaşdıqları qanunsuzluqlar, o cümlədən şübhəli və qeydiyyatsız dərmanlarla bağlı aktiv olmağa çağırıb.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












