Bu ərazilərdə MİDA-nın yeni binaları tikilir

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 2,31 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi həyata keçirilir. Yaşayış kompleksi 225 mənzilli onmərtəbəli 5 binadan ibarət olacaq.
Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) bildirilib.
Məlumata görə, Abşeron rayonunun Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində yaşayış kompleksinin tikintisinə də başlanılıb.
“Həmçinin, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihələrindən birinin Naxçıvan şəhərində reallaşdırılması nəzərdə tutulub. Yaşayış kompleksinin layihələndirilməsi artıq başa çatdırılmış və hazırda tikintiyə icazə icraatı ilə bağlı işlər yekunlaşmaq üzrədir”, - deyə açıqlamada qeyd olunub./metbuat.az
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq ... - VİDEO
Kirayə müqaviləsi olmayanları nə gözləyir? - VİDEO
Ödənilən cərimələri geri almaq mümkün olacaq - Vətəndaşların nəzərinə - VİDEO
Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?
Hansı avtobuslarda gedişhaqqı qalxıb? - RƏSMİ
Bunu edən şəxslər 5 min manat cərimələnəcək – Qanun qüvvəyə minir
“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA
Qadınlar daha yaxşı sürücüdür, yoxsa kişilər? - Elm son sözü dedi
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür










