Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı - QİYMƏTLƏR

Bu ilin ilk yarısında Azərbaycanda əksər tikinti materiallarının qiymətlərində artım, bəzilərində isə ucuzlaşma müşahidə olunub.
Avtosfer.az xəbər verir ki, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, məbləğ baxımından ən böyük qiymət artımı kəsilmiş taxtada qeydə alınıb.
Bu tikinti materialının 1 kubmetrinin orta pərakəndə satış qiyməti 355,4 manatdan 357 manata yüksələrək 1,6 manat və ya 0,44% artıb.
İkinci ən böyük artım parketin qiymətində qeydə alınıb. Parketin 1 kvadratmetrinin qiyməti orta satış qiyməti 40 manatdan 40,6 manata yüksəlib.
Beləliklə, qiymət 0,6 manat və ya 1,4% artıb.
Faiz baxımından isə ən çox bahalaşan tikinti materialı təmir-tikinti işlərində istifadə olunan gips olub. Onun qiyməti 0,29 manatdan 0,30 manata yüksələrək 3,45% artıb. Onu sement (3,25%) və ruberoid (3,24%) izləyib.
Qiyməti ən çox ucuzlaşan tikinti materialı isə ağac-lifli lövhə olub. Bu materialın 1 kvadratmetrinin orta qiyməti 14,2 manatdan 14,1 manata düşərək 0,1 manat və ya 0,99% ucuzlaşıb. Ağac-yonqar lövhənin qiyməti isə 0,02 manat və ya 0,14% azalıb.
Siyahıda yer alan tikinti materiallarının qiymətləri və son 6 aydakı dəyişiklik belə olub:
Polietilen su borusu – 1 metr 1,84 manat (+0,55%);
Kanalizasiya borusu – 1 metr 2,58 manat (+0,78%);
Kəsilmiş taxta – 1 kub metr 357 manat (+0,44%);
Ağac-yonqar lövhə – 1 kv. metr 14,13 manat (-0,14%);
Ağac-lifli lövhə – 1 kv. metr 14,1 manat (-0,99%);
Parket – 1 kv. metr 40,6 manat (+1,40%);
Laminat parketi – 1 kv. metr 17,3 manat (+0,76%);
Kərpic – 1 ədəd 0,43 manat (0%);
Sement – 50 kq 10,16 manat (+3,25%);
Metal kirəmit – 1 kv. metr 12,92 manat (+0,78%);
Ruberoid – 1 kv. metr 2,23 manat (+3,24%);
Keramik plitə – 1 kv. metr 14,9 manat (+0,95%);
Divar kağızı üçün yapışqan – 1 kq 27,75 manat (+1,39%);
Gips – 1 kq 0,30 manat (+3,45%);
Keramik plitə yapışdırıcısı – 20 kq 5,88 manat (+1,73%);
Alçı lövhə (alçıpan) – 1 kv. metr 4,65 manat (+0,22%);
Divar və ya tavan örtüyü üçün istifadə olunan plastik material (lambrin) – 1 kv. metr 6,93 manat (+2,82%).
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












