Bu küçədə yaşayanlar yol problemindən şikayətçidirlər: "Nə taksi gəlir, nə də təcili yardım" - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsi, Şəfiqə Axundova küçəsində yaşayan sakinlər yol problemindən şikayətçidirlər. Onlar iddia edirlər ki, bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb. Avtosfer.az xəbər verir ki, sakinlər narazılıqlarını Baku TV ilə bölüşüblər.
"Buraya nə taksi gəlir, nə də təcili yardım. Yolda yeriyə bilmirik. Əsəbimdən ağlayıram. Dərdimizi kimə deyək?! Biz də yaşamaq istəyirik", - onlardan biri söyləyib.
Digər bir vətəndaş isə belə deyib:
"Yollar bərbad haldadır. Burada avtomobil idarə etmək olmur, maşın pis vəziyyətə düşür".
Problemlə bağlı Masazır bələdiyyəsindən bildirilib ki, daxili küçələr bələdiyyələrin balansında olduğu üçün yerli özünüidarəetmə orqanlarının büdcələri imkan verdikcə, kənd ərazisində yolların abadlaşdırılması işləri həyata keçirilir:
"Bələdiyyələrin büdcələri sakinlər tərəfindən verilən vergilər əsasında formalaşdığından yeni küçələrin asfaltlanmasında müəyyən yubanmalar müşahidə edilməkdədir. Yaxın müddətdə Şəfiqə Axundova küçəsi də daxil olmaqla, beş küçə asfaltlanaraq sakinlərin istifadəsinə veriləcək. Su xəttində baş verən qəza ilə bağlı isə aidiyyəti qurumlara müraciət olunub".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq ... - VİDEO
Kirayə müqaviləsi olmayanları nə gözləyir? - VİDEO
Ödənilən cərimələri geri almaq mümkün olacaq - Vətəndaşların nəzərinə - VİDEO
Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?
Hansı avtobuslarda gedişhaqqı qalxıb? - RƏSMİ
Bunu edən şəxslər 5 min manat cərimələnəcək – Qanun qüvvəyə minir
“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA
Qadınlar daha yaxşı sürücüdür, yoxsa kişilər? - Elm son sözü dedi
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür










