Bu məktəblərdə dərslər dayandırılır - Nazirdən əmr

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində dərslər distant formada keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, WUF13-ün keçiriləcəyi 17-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək.
Belə ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək.
Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada keçiriləcək.
Eyni zamanda Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkili əmrdə qeyd olunur.
Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var - Ekspert açıqladı - VİDEO
Xaricdə işləyən azərbaycanlıların pensiyası BELƏ HESABLANACAQ - VİDEO
İstidən ən çox bu şəxslər ölür - ÜST-dən həyəcan təbili
Bakıda itkin düşən bacı-qardaş tapıldı - Valideyni işgəncə verirmiş
Bakıda yağış yağacaq, şimşək çaxacaq - Hava proqnozu dəyişib
Xəzərlə bağlı qorxulu ssenari: dənizinin səviyyəsi 9-18 metr enə bilər
Günün qəhrəmanlarının - FOTOLARI
Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır
Azərbaycanda yeni sığorta modeli gəlir – Vətəndaşlar nə qazanacaq?
Xəzər geri çəkilir, təhlükə artır: Çimərliklərlə bağlı ciddi xəbərdarlıq
Paytaxta axının qarşısı belə alınacaq - Dövlət Proqramı hazırlanır










