Bu şəxslərin hər bir ailə üzvü aylıq 60 manat müavinət alacaq - 3 il ərzində

Milli Məclis işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı qanunvericiliyə növbəti dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunan və ya təklif edilən mənzildən imtina edən şəxslərin məcburi köçkün statusu ləğv ediləcək.
Bununla belə, statusun ləğv edilməsi həmin şəxslərin bütün sosial təminatlardan dərhal məhrum olması demək deyil. Qanuna əsasən, statusu ləğv edilən vətəndaşlar daha üç il müddətində dövlətin sosial müdafiə tədbirlərindən yararlanmaq hüququnu saxlayacaqlar.
Avtosfer.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Baku.ws”ə bildirib ki, işğaldan azad edilmiş ərazilərdə dövlət tərəfindən təqdim olunan mənzili qəbul edərək həmin əraziyə köçən şəxslərin də məcburi köçkün statusu yaşayışa başladıqları tarixdən etibarən üç il müddətində qüvvədə qalacaq:
"Bu dövrdə ailənin hər bir üzvünə aylıq 60 manat müavinət ödəniləcək. Bundan əlavə, onlar mövcud qanunvericiliklə nəzərdə tutulan digər sosial güzəştlərdən, o cümlədən təhsil sahəsində tətbiq olunan imtiyazlardan da istifadə edə biləcəklər.
Qanun dəyişikliklərinə əsasən, keçmiş məcburi köçkün ailələrinin övladları dövlət ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olunduqları halda, təhsil haqları dövlət tərəfindən ödənilməyə davam edəcək. Əgər tələbə ali məktəbə qəbul olunarkən bu güzəştdən istifadə etmək hüququ qazanıbsa, həmin hüquq onun bütün təhsil müddəti ərzində qüvvədə qalacaq.
Eyni zamanda, dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərdə mənzil təklif edilsə də, həmin təklifdən imtina edərək hazırda yaşadığı ərazidə qalmağa üstünlük verən vətəndaşlar da üç il müddətində aylıq müavinət almaq və digər sosial güzəştlərdən yararlanmaq hüququnu saxlayacaqlar".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












