Bu şəxslərin maaşları 35 faiz artacaq - Deputatdan AÇIQLAMA

"Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı mövcud qaydaların təkmilləşdirilməsi istiqamətində yeni təkliflər irəli sürülüb. Hazırda qüvvədə olan sistemə görə, müəllim yalnız üç dəfə uğurlu nəticə əldə etdikdən sonra sertifikatlaşdırma imtahanından azad olunur". Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat təklif edib ki, iki dəfə uğur qazanan müəllimlər də bu imtahandan azad edilsin: "Bu yanaşma həm müəllimlərin üzərindəki psixoloji yükü azalda, həm də onların vaxt və resurslarına qənaət edə bilər. Digər mühüm məsələ isə sertifikatlaşdırmanın əməkhaqqına təsiri ilə bağlıdır. Mövcud qaydalara əsasən, imtahanda yüksək nəticə göstərən müəllimlərin maaşına əlavə olunur. Belə ki, 51 və daha çox bal toplayan müəllimlərin əməkhaqqı 35%, 30–50 bal arası nəticə göstərənlərin isə 10% artırılır. Təklif edilən dəyişikliklərə görə, qiymətləndirmə daha ədalətli və beynəlxalq təcrübəyə uyğun şəkildə qurulmalıdır. Məsələn, 80% və daha yüksək nəticə göstərən müəllimlərin əməkhaqqının 35% artırılması məqsədəuyğun hesab olunur. Bu isə təxminən 48 və daha çox bal toplayan müəllimləri əhatə edə bilər. Bu dəyişikliklərin həyata keçirilməsi minlərlə müəllimin sosial rifahının yaxşılaşmasına, onların motivasiyasının artmasına və ümumilikdə təhsil sistemində keyfiyyətin yüksəlməsinə müsbət təsir göstərə bilər. Eyni zamanda, qiymətləndirmə sisteminin daha şəffaf və ədalətli olması müəllimlər arasında rəqabəti sağlam şəkildə təşviq edər. Bundan əlavə, minimum əməkhaqqının ildə bir dəfə yenidən nəzərdən keçirilməsi də iqtisadi və sosial baxımdan əhəmiyyətlidir. Bu addım əhalinin gəlirlərinin inflyasiyaya uyğunlaşdırılmasına, alıcılıq qabiliyyətinin qorunmasına və ümumi iqtisadi sabitliyin təmin olunmasına xidmət edir". (Baku.ws)
Əkilməyən sahələrə subsidiyalar ayrılıb - Neftçalada torpaq maxinasiyası - FOTO
Bakı metrosunda təhlükə? - XƏBƏRDARLIQ
Nizami Kino Mərkəzinin səs və görüntü texnologiyasında problem var? – RƏSMİ AÇIQLAMA
Zorge parkında özbaşına tikildiyi deyilən obyektlə bağlı RƏSMİ AÇIQLAMA - FOTOSESSİYA
Azərbaycanda bu ailələrə yeni mənzillər veriləcək - ŞAD XƏBƏR
Ölkədaxili daşımalarda yeni tələblər: Gediş haqqı artırılacaq? - FOTO
Azərbaycan nefti bahalaşır - Manatın taleyi necə olacaq?
İtmiş və ya oğurlanmış avtomobil nömrələrinin dublikatı niyə verilmir? - EKSPERTDƏN TƏKLİF
Təbii fəlakət zamanı avtomobillərə dəymiş ziyanı kim ödəməlidir? - FOTO - VİDEO
Lənkəranın daxili yolları niyə bu vəziyyətdədir? - RƏSMİ AÇIQLAMA - FOTO
İnsanlar qrip və mövsümi xəstəlikləri niyə daha ağır keçirir? - İnfeksionist səbəbləri AÇIQLADI










