"Bu yaşda uşaqların kitaba yönəlməsi müsbət yatırımdır" - TƏHSİL EKSPERTİ

Son günlər cəmiyyətdə uşaqlaırn təhsili ilə bağlı yaş məsələsi problem olaraq görülməyə başlanılıb və bu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Ölkə üzrə fikirlər artıq bir necə qismə bölünüb və üstünlük təhsilin erkən yaşdan başlanmalı olduğunu düşünənlərdədir.
Avtosfer.az xəbər verir ki, vətəndaşların bəziləri uşaqların 5 yaşında məktəbəqdər təhsilə başlaması onların yüklənməsinə və uşaq dövrlərini keçirə bilməmələrinə gətirib çıxardığını düşünür.
El arasında da “sıfırncı sinif” olaraq adlandırlan bu uşaqlar artıq 5 yaşından etibarən kitabla tanış olur, hərfləri, rəqəmləri mənimsəyir və ilkin riyazi tapşırıqları öyrənir. Bu isə vətəndaşları narazı salan hala çevrilir. Onların fikrincə, evdə oyuncağı ilə vaxt keçirməli olan uşağın 1 il ərzində bu məsələləri qavraması mümkünsüzdür və onu evdəki əyləncəsindən, günorta saatlarında yatıb dincəlməsindən məhrum etmək gələcəyi üçün zərərlidir.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a müsahibəsində deyib ki, məktəbəqədər təhsil mərhələsi ümumiyyətlə bizim üçün, hətta təkcə bizim üçün deyil, bütün dünya üçün ən strateji təhsil pillərindən biri hesab olunur. Yəni, ibtidai təhsilə biz necə strateji yanaşırıqsa, ondan bir qədər də daha həssas məhz bu pilləyə yanaşırıq və məktəbə qədər təhsil pilləsində, əlbəttə, şagirdlərin təhsil alması vacibdir.

“Yəni, bu, erkən təhsil pilləsidir və bu yaşda - uşaqların 2-3-4 yaşında onlarda müəyyən bir bilik və bacarıqlar formalaşır, zəkaları inkişaf edir. Amma bu o demək deyil ki, məhz şagirdləri konkret olaraq valideyn və yaxud da valideynin himayəsindən təcrid etmək lazımdır. Həmin yaşlarda ailə bağlarının formalaşması üçün, valideyn-övlad münasibətlərinin daha da möhkəm qurulması üçün təbii ki, şagirdlərlə, övladla daha çox vaxt keçirmək lazımdır.
Əlbəttə, ailələr övladına müəyyən bilik və bacaraqlar aşılaya bilirlərsə, təbii ki, bu, yaxşıdır. Amma ən azı günün müəyyən saatında onların məhz bilik və bacaraqlarının formalaşmasına imkan yaradılırlarsa - bağça təhsilində, yaxu məktəbəqədər təhsildə, bunu müsbət məqam üçün qeyd etmək olar. Çünki bu, dünyanın əksər ölkəsində, məsələn, inkişaf etmiş ölkələrə biz baxsaq, Yaponiyada, Cənubi Koreyada, Çinin özündə, Avropa ölkələrində və s. demək olar ki, məktəbəqdər təhsil pillərsinə daha həssas yanaşılır və maksimum çalışırlar ki, uşaqlar erkən yaşdan artıq təhsilə cəlb olunsunlar”.
Ekspertin fikrincə, nütün addımlarla paralel, təbii ki, ailə bağları, övlad münasibətlərinin düzgün kommunikasiyası üçün uşağın mütləq şəkildə zamanını daha çox ailə içərisində keçirməsinə üstünlük verirlər.
“Qaldı ki, yaş məsələsində tədris prosesinin uşaqlara necə uyğunlaşmasına, təbii ki, burada uşaqların hər bir dövründə, yaş dönəmində onların keçdiyi psixoloji mərhələlər ki, var, həmin mərhələləri nəzərə alınaraq məhz müəyyən tətbiqlər edilməlidir.
Düzdür, bizdə məktəbə hazırlıq qruplarında, bilirsiniz ki, məktəbəqədər və məktəbə hazırlıq fərqli-fərqli anlayışlardır, məktəbəqədər təhsildə 5 yaşa qədər şagirdlər bağça təhsili, erkən təhsil alırlar. Məktəbə hazırlıq isə demək olar ki, ibtidai təhsilə başlanması üçün və həmin yaşda şagirdlərin artıq təhsilə bir növ giriş etdiyi bir səviyyə dediyək biz buna, onlar artıq 5 yaşdan məktəbə hazırlaşırlar, şagird yoldaşlarını tanıyırlar, məllimlərin dərsində əyləşirlər və onlar konkret olaraq prosesə artıq daxil olurlar. Düşünürəm ki, 5 yaşlı uşaqların da günün müəyyən saatlarını kitaba sarı yönəlməsi gələcək baxımından, müsbət yatırım kimi də dəyərləndirilə bilər”.
Səfər
"Gediş-gəliş mümkün deyil, batırıq" - Biləcəridə yol problemi - VİDEO
Hamının dilinin əzbəri olan “uşaqlıq travması” əslində nədir? - Psixoloq AÇIQLADI
Tələbələr üçün verilən endirim kartları gənclərin işinə nə qədər yarayır? – Ekspert AÇIQLADI
İnstaqramdakı səhifədən planşet alan şəxs aldadılıb təhdid edildi – ŞİKAYƏT - FOTO
"Nə təcili yardım gəlir, nə taksi" - Asfalt üzünə həsrət qalan kənd - VİDEO
Birləşmiş Krallıqda nə baş verir? Niyə bu ölkə 19 ildə 7 baş nazir dəyişib? – AÇIQLAMA
Metroda xətlərin ayrılması prosesində sərnişinlərə gediş haqqı güzəşti ola bilərmi? - AÇIQLAMA
Uşaqlarda boy artımı niyə ləngiyir? Genetika, yoxsa xəstəlik? - Pediatrdan AÇIQLAMA
Əlilliyi olan şəxslərin əl işləri bu saytda satışa çıxarılacaq – RƏSMİ AÇIQLAMA - VİDEO
Sakinləri çıxılmaz vəziyyətə salan yol – Bu cür yaşayış olmaz - VİDEO
Vətəndaş yaşadığı yerdə su borusunun partlamasından şikayətləndi; qurum hərəkətə keçdi - VİDEO











