“Burada oxuyan şagird necə yüksək bal toplasın?” - VİDEO

Xaçmaz rayon Aslan Aslanov adına Yergüc kənd tam orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı sosial şəbəkədə görüntülər yayılıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin kadrları jurnalist Ülkər Qasımqızı feysbukda paylaşıb.
Onun sözlərinə görə, hazırda məktəbdə 392 şagird təhsil alır:
“Bu məktəbdə hansı təhsildən danışa bilərik? Burada oxuyan şagird necə yüksək bal toplasın? Axı o uşaq soyuqdan sinif otağında otura bilmir”.
Videoda sinif otaqlarından birində odun peçindən istifadə olunduğu aydın görünür:
“Bir o sinifdə odun peçi var…”
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni məktəb binalarının inşası və mövcud məktəb binalarının əsaslı təmiri idarənin əsas prioritetlərindən biridir:
“Son iki il ərzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib. Eyni zamanda, 5 modul tipli məktəb istifadəyə verilmiş, 8 məktəb binası isə tam sökülərək yenidən inşa edilib. Hal-hazırda Quba, Qusar və Şabran rayonlarında yeni məktəb binalarının tikintisi davam edir. Belə ki, Quba rayonu Hacıhüseynli kəndində 528 şagird yerlik məktəb binası, Qusar rayonu Kuzunqışlaq kəndində 220 şagird yerlik məktəb binası, Şabran rayonu Ağalıq kəndində isə 648 şagird yerlik tam orta ümumtəhsil məktəbinin tikintisi aparılır. Bildiririk ki, Xaçmaz rayonu Aslan Aslanov adına Yergüc kənd tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq. Binanın əsaslı təmiri və yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb. Qeyd edirik ki, təhsil müəssisələrinin tikinti və təmiri növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”.
Avtobuslar dağılır, şəxsi maşınlar təhlükə yaradır... - Sabunçunun qorxunc yolları - VİDEO
Çörək bahalaşdı - 1 manat 10 qəpik - FOTO
Bu şəxslərin pensiyası 632 manata ÇATACAQ
Kimlərin maaşları artacaq? - Millət vəkili
“Dayanacaqları bəzi vətəndaşlar bərbad vəziyyətə salır” - Elməddin Muradlı
Pensiya artımları kimlərə şamil olunacaq? - AÇIQLAMA
Sahibkarlara ŞAD XƏBƏR - Prezident yeni qanunu TƏSDİQLƏDİ
Növbə mədəniyyətinin formalaşmasına qanun təsir edə bilmir – SOSİOLOQ
İxtisas var, iş yox; həmin ixtisas niyə ləğv olunmur? - Ekspert AÇIQLADI
"Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm" - Sakinlərin yol problemi - VİDEO
"Təcili yardım çağırırıq, gəlmir" - Yol, məktəb problemi - VİDEO











