Banner

Daha 26 ailə doğma yurda yola salındı - FOTO - YENİLƏNİB

Sosial 15 Avqust 2025 15:49 Oxunub 770
Daha 26 ailə doğma yurda yola salındı - FOTO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağdərə rayonunun Vəngli kəndinə çatan sakinlərə açarlar təqdim olunub.

Avtosfer.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin nümayəndələri iştirak ediblər

Qeyd edək ki, Vəngli kəndinə ilk mərhələdə 22 ailə (83 nəfər) köçürülüb.

***13:56

İlk köç karvanı Ağdərə rayonunun Kolatağ kəndinə çatıb.

Avtosfer.az xəbər verir ki, ailələrin qarşılanma mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin nümayəndələri iştirak ediblər.

***13:06

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Ağdərə rayonunun Kolatağ kəndlərinə ilk köç karvanı yola salınıb.

Avtosfer.az xəbər verir ki, köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İlk mərhələdə Ağdərə rayonunun Kolatağ kəndinə 26 ailə - 89 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Kolatağ kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Daha 26 ailə doğma yurda yola salınıb - FOTOLARDaha 26 ailə doğma yurda yola salınıb - FOTOLAR

Daha 26 ailə doğma yurda yola salınıb - FOTOLAR

ŞƏRH YAZ
Ad

E-mail

Şərh