Banner

Davamiyyəti az olan bağçalar bağlanıb? - RƏSMİ CAVAB

Sosial 13 Avqust 2025 13:48 Oxunub 558
Davamiyyəti az olan bağçalar bağlanıb? - RƏSMİ CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər sosial şəbəkədə Bakıda yay mövsümü ilə əlaqədar davamiyyətin az olduğu bağçaların bağlanması iddiası səsləndirilir.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yay mövsümü ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrində müəyyən günlərdə uşaqların davamiyyətində qismən azalma müşahidə olunur.

Qurumdan qeyd edilib ki, azalmaya baxmayaraq, bağçalar normal fəaliyyətini davam etdirir:

"Məktəbəqədər təhsil müəssisələrindəki təlim prosesində fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh