DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

Bakı Metropolitenində üz tanıma texnologiyası ilə gediş haqqı ödəniş sisteminin tətbiqinə dair danışıqlar aparılır. Maraqlı məqam isə texniki xidmət və davamlı əməliyyat xərclərinin gələcəkdə qiymət artımına səbəb olub-olmayacağıdır.
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, əlavə xərclər yaranacağı təqdirdə, bunlar birbaşa maya dəyərinə təsir edəcək:
“Əlavə xərclər olarsa, bu mütləq maya dəyərinin üzərinə gəlir. Ümumiyyətlə, metroda, nəqliyyatda gediş haqqı ilə bağlı o qədər şayələr, fikirlər səsləndirilir ki, insanlar çaşırlar. Ölkədə gediş haqqı ilə bağlı həm metro, həm də avtobuslarda vahid sistemə keçməyin zamanı çoxdan çatıb”.
Ekspertin sözlərinə görə, bu sistem müxtəlif vaxt intervallarına uyğunlaşdırılmalıdır:
“Günlük, saatlıq, həftəlik, aylıq, 6 aylıq, illik sistem olmalıdır. Ola bilməz ki, birdəfəlik gediş haqqı ilə bağlı bu qədər söz-söhbət olsun. Birdəfəlik gediş haqqı vətəndaşı maraqlandırmamalıdır. Tutaq ki, üz tanıma sistemi olacaqsa, turistlər bundan necə istifadə edəcək? Ona görə də bizdə nəqliyyatda vahid gediş sistemi tətbiq olunmalıdır. Bütün ictimai nəqliyyat sistemində ödəniş zamana görə hesablanmalıdır, birdəfəlik gediş haqqına görə yox”.(konkret.az)
Kirayə müqaviləsi olmayanları nə gözləyir? - VİDEO
Ödənilən cərimələri geri almaq mümkün olacaq - Vətəndaşların nəzərinə - VİDEO
Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?
Hansı avtobuslarda gedişhaqqı qalxıb? - RƏSMİ
Bunu edən şəxslər 5 min manat cərimələnəcək – Qanun qüvvəyə minir
“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA
Qadınlar daha yaxşı sürücüdür, yoxsa kişilər? - Elm son sözü dedi
Azərbaycanın 170 örnək müəllimi – ADLAR
Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
Vərəsəliklə bağlı bunları mütləq bilməlisiniz - Əgər ata vəfat edibsə, mülk bu cür bölünür
Əli Əsədov hərbi qeydiyyatla bağlı QƏRAR İMZALADI










