“Əl enerjisi” ilə müalicəyə inananlar bunu bilirdimi? – Psixoloqdan AÇIQLAMA

Son günlər Bakıda fəaliyyət göstərən özəl estetik klinikalardan birində “əl enerjisi” ilə müalicə apardığını iddia edən əcnəbi saxlanılıb. O, insanlara əl ilə bio-müalicə vəd edirmiş. Belə hallar göstərir ki, bəzi insanlar elmi əsası olmayan üsullara asanlıqla inanır və bu, onların psixoloji vəziyyəti, ümid axtarışı və sosial təsirlərlə bağlı ola bilər.
Bu mövzu insanları belə fırıldaqçılardan qorumağın yollarını və insan psixologiyasının bu cür hallara necə reaksiya verdiyini anlamaq baxımından maraqlıdır.
Məsələ ilə bağlı psixoloq Orxan Şəfizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, əl enerjisi, “bio-müalicə” kimi iddiaların elmi əsası yoxdur:

“Buna baxmayaraq, insanlar belə metodlara tez inanırlar. Bunun əsas səbəbi insan psixologiyasında ümidə ehtiyac, tez həll axtarışı və müxtəlif koqnitiv qərəzlərdir. İnsan özünü yaxşı hiss etmək istədiyi üçün bəzən sübutu olmayan şeylərə inanmağa meylli olur. Belə hallarda plasebo effekti və təsdiqləmə qərəzi də rol oynayır: insan inanmaq istədiyini görür və bunu “möcüzə” kimi qəbul edir. Bu isə bəzi şəxslərin insanların zəif anlarından istifadə edib özlərini “şəfaçı” kimi təqdim etməsinə imkan yaradır. Özünü qorumağın ən yaxşı yolu tənqidi düşüncə, elmi yanaşma və sübut tələb etməkdir. Hər iddiaya sadə bir sual vermək lazımdır: bunun elmi sübutu varmı? İnsanların yaratdığı “enerji möcüzələri” isə çox vaxt sadəcə psixoloji manipulyasiyadır”.
Fatimə Dadaşova
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA












