Əlilliyi olan şəxslərin əl işləri bu saytda satışa çıxarılacaq – RƏSMİ AÇIQLAMA - VİDEO

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qrupların yaradıcı potensialının inkişafı, sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dair ötən ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransı keçirilib.
.jpg)
Mərkəzin direktoru Elnarə Ənsari çıxış edərək bildirib ki, ölkədə həyata keçirilən sosial siyasətin əsas məqsədi Azərbaycan vətəndaşının sosial təminatının gücləndirilməsi və rifahının yaxşılaşdırılmasıdır. O vurğulayıb ki, Mərkəzin fəaliyyəti inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılması istiqamətində aparılan davamlı işlərin uğurlu nəticəsidir.
Direktor həmçinin Mərkəzin 2021-ci ildən fəaliyyət göstərdiyini, açılışında Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirak etdiyini xatırladıb. O deyib ki, Mərkəz Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb və həssas qrupların bacarıqlarının inkişafı, məşğulluq imkanlarının artırılması məqsədi daşıyır.
Konfransda “dostart.az” platforması da təqdim olunub. Qeyd edilib ki, platforma vasitəsilə əlilliyi olan şəxslərin əl işləri satışa çıxarılacaq, gəlirlərdən yalnız 2% vergi tutulacaq. Hazırda portala 250-yə yaxın məhsul daxil edilib, Azərbaycan, rus və ingilis dillərində məlumatlar yerləşdirilib, görmə məhdudiyyətli və disleksiya xəstələri üçün “Müyəssərlik menyusu” quraşdırılıb.
Layihənin bir il ərzində pilot şəklində həyata keçiriləcəyi, gələcəkdə daha çox həssas qrupun platformaya cəlb olunacağı bildirilib. Layihənin dizayn və proqram təminatı DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinə, texniki dəstək və ödəniş həlləri isə “CIBPAY” və “CIB BUSINESS” MMC-lərə məxsusdur.
Konfransda həmçinin Mərkəzin ölkə daxilində və beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər və 2026-cı ilin hədəfləri barədə məlumat verilib, media nümayəndələrinin sualları cavablandırılıb.
Nurcan Babək
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
"Ustalarda qalmışıq, pul çatdıra bilmirik, gənclər kəndi tərk edirlər" - Sakinlərin yol problemi - VİDEO
Sosial şəbəkələrdə “arıqladıcı şokolad” satışa çıxarılıb; xəstəlik mənbəyidir – QİDA EKSPERTİ
Ticarətdə nağd ödəniş vergidən yayınma fürsəti yaradır – NATİQ CƏFƏRLİ
Nəqliyyat yükünün bir-iki küçəyə yönəlməsi Bakıda tıxacları artırır – EKSPERT
Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA - VİDEO
Azərbaycanda qaz istehlakı azalıb; bu yaxşıdır, yoxsa pis? – Ekspert AÇIQLADI
"Kupça" almaq istəyənlərə ŞAD XƏBƏR - 15 günə veriləcək
Ağsaqqal və ağbirçək anlayışları cəmiyyət üçün sosial şəbəkə kontentinə çevrilir - SOSİOLOQ
İş dəftərləri artıq müasir təhsilə uyğun deyil - EKSPERT
Avtobuslar dağılır, şəxsi maşınlar təhlükə yaradır... - Sabunçunun qorxunc yolları - VİDEO
Çörək bahalaşdı - 1 manat 10 qəpik - FOTO











