Endirim adı altında yayılan hansı linklər təhlükəlidir? - İKT mütəxəssisi AÇIQLADI

Kiberdələduzlar bir çox hallarda müxtəlif kampaniyalar adı altında vətəndaşları aldatmağa çalışırlar. Onlar guya ucuz məhsul satışı, məhdud sayda böyük endirim aksiyaları, tanınmış brendlərin xüsusi təklifləri, xeyriyyə aksiyaları və ya sosial yardım proqramları təşkil edildiyini iddia edirlər. Bu cür elanlarda adətən “son şans”, “yalnız bu gün”, “tələsin, say məhduddur” kimi diqqətçəkən və tələsdirici ifadələrdən istifadə olunur ki, insanlar düşünmədən hərəkət etsinlər.
Avtosfer.az xəbər verir ki, belə hallarda istifadəçilər saxta internet səhifələrinə və ya orijinal saytlara bənzədilmiş keçidlərə yönləndirilir. Həmin səhifələrdə vətəndaşlardan bank kartı məlumatları, şəxsiyyət vəsiqəsi məlumatları, birdəfəlik SMS kodları və ya digər şəxsi məlumatlar tələb olunur. Görəsən kampaniya və endirim adı altında yayılan saxta keçidlər hansı texniki üsullarla hazırlanır?
Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu tip endirim, kampaniya, xeyriyyə adı ilə yayılan saxta keçidlərin arxasında çox vaxt klassik fişinq texnikaları dayanır:

“Son illər dələduzlar daha peşəkar görünməyə başlayıblar. Yəni, texniki olaraq dələduzlar əvvəlcə real sayta çox oxşayan saxta səhifə hazırlayırlar. Dizayn kopyalanır, loqo götürülür, rənglər eyni edilir ki, istifadəçi ilk baxışda fərq hiss etməsin. Sonra bu səhifəyə aparan link yayılır. Bunu da SMS, “WhatsApp”, “Telegram” qruplarında, sosial şəbəkə reklamı kimi və ya “e-mail” vasitəsilə edirlər. Linkin özü isə çox vaxt aldadıcı olur. Məsələn ünvan real brendə oxşayır, amma içində əlavə hərf, nöqtə və ya tire olur. İnsan tələsəndə bu detaylara fikir vermir. Daha ağıllı üsullarda isə link əvvəlcə başqa bir ünvana aparır, ordan da avtomatik saxta sayta yönləndirir. Bu da izləməni çətinləşdirmək üçündür. Bəzi hallarda hətta bir neçə saatlıq və ya bir günlük saytlar yaradılır. Kampaniya bitən kimi sayt da yoxa çıxır. Məqsəd qısa vaxtda maksimum adamı aldatmaqdır. Bu saxta səhifələrdə adətən vətəndaşdan kart məlumatı, CVV kodu, sms-lə gələn OTP və ya sadəcə qeydiyyat üçün məlumatlar istənilir. İnsan bunu endirim almaq üçün lazımdır deyə düşünür, amma əslində bütün məlumat birbaşa dələduzların serverinə gedir”.
Mütəxəssis deyib ki, ayırd etmək üçün birinci və ən vacib detal linkdir:
“Ünvan diqqətlə oxunmalıdır. Kiçik fərqlər, əlavə hərf, qəribə domen (.shop, .online və s.) artıq risk siqnalıdır. İkinci nüans təcili adı ilə göndərilən mesajlar yəni son 10 dəqiqə, yalnız bu gün, hesabınız bloklanacaq kimi panika yaradan mətnlər demək olar ki, həmişə fırıldaqdır. Dələduzlar həmişə insanın düşünməsinə vaxt verməmək üçün bunu edir. Üçüncü nüans kart və sms kodu tələbi olur. Vətəndaşlar bilməldirilər ki, heç bir real kampaniya və ya yardım proqramı kartın arxa kodunu və ya OTP-ni istəmirlər. Bu nöqtədə artıq 100% şübhələnmək lazımdır. Dördüncü nüans mətn keyfiyyətinə baxılmalıdır. Saxta saytlarda çox vaxt qəribə tərcümələr, qrammatik səhvlər olur. Son olaraq isə rəsmi mənbə yoxlaması olmalıdır. Hər hansı kampaniya görmüsünüzsə, linkə girməzdən əvvəl həmin brendin və ya qurumun rəsmi saytına və sosial səhifəsinə özünüz daxil olun və orada bu aksiya varmı, yoxlayın”.
Nurcan Babək
Azərbaycanda yeni cərimələr qəbul edildi - 550 manatdan 2500 manatadək
Bakıda avtobusdan istifadə edənlərə SEVİNDİRİCİ XƏBƏR
Ənənəvi ticarətlə məşğul olanlar yeni reallıqları öyrənməlidir – NATİQ CƏFƏRLİ
Şəhərin mərkəzində sürücülər üçün təhlükə - Kanalizasiya lükləri ... - VİDEO
“15 dəqiqəlik şəhər” konsepsiyası nədir? - Bakı üçün vacibdir - VİDEO
Vətəndaşlar ailə problemlərinin həllində niyə ikinci, üçüncü şəxsə üz tuturlar? – Ekspert RƏYİ
Təkcə magistr təhsili ilə Azərbaycanda yaxşı iş tapmaq mümkündür? - Ekspert AÇIQLADI
Məktəb bufetlərində şagirdlərə zərərli qidalar təklif edilir - Qida mütəxəssisi AÇIQLADI
Şəhid ailələri metrodan ödənişsiz istifadə edə bilmirlər? - RƏSMİ
Qazilərin və müharibə iştirakçılarının pensiyaları necə hesablanacaq? - RƏSMİ
Bakıda bu şəxslər üçün ictimai nəqliyyat PULSUZ OLACAQ










