Əsgər maaşı da bank kartı ilə veriləcək - YENİLƏNİB

"Azərbaycan Ordusunun şəxsi heyətinin xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam edir".
Avtosfer.az xəbər verir ki, bu barərə Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən (MN) bildirilib.
Qeyd edilib ki, tədbirlər çərçivəsində bütün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının "əsgər kartı" ilə təmin olunması planlı şəkildə yerinə yetirilib:
"Bununla da əsgərlərin aylıq məvaciblərini vaxtında, rahat və şəffaf şəkildə əldə etmələrinə nail olunub".
***13:48
Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək.
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, bunun üçün “əsgər kartları” hazırlanıb.
Qeyd olunub ki, artıq “əsgər kartları"nın hərbi qulluqçulara paylanmasına başlanılıb.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, “əsgər kartları” şəffaflığın təmini üçün tətbiq edilir:
“Əsgər məvacibi əvvəllər cədvəllərlə verilirdi, əsgər qol çəkib alırdı. İndi əsgər maaşları “əsgər kartı” vasitəsilə veriləcək. Bu da şəffaflığı qorumaq baxımından çox böyük əhəmiyyət daşıyır. Bu kartlar rüşvət hallarının müəyyən mənada qarşısını alacaq”.
Dolların "şah dövrü" bitdi - Devalvasiya qorxusu arxada qalır?
Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
Kommunal xərcləri bu yollarla azalda bilərsiniz
Bakıda minlərlə ev söküləcək: Böyük parklar salınacaq - VİDEO
İctimai nəqliyyatda yuxuya getmək nə dərəcədə zərərlidir? - Mütəxəssisdən açıqlama
Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? - XƏBƏRDARLIQ
“Bahar gəlir, yoxsa qış geri qayıdır?” - İQLİMŞÜNASDAN MARAQLI CAVAB
Adnan Əhmədzadənin marketində fırıldaq; görün vətəndaşı necə aldatdılar – FOTO
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Endirim adı altında yayılan hansı linklər təhlükəlidir? - İKT mütəxəssisi AÇIQLADI
Azərbaycanda yeni cərimələr qəbul edildi - 550 manatdan 2500 manatadək








